Avropada yeganə Latviya ermənilərə qarşı təpki verdi

16-04-2015, 15:35           
Avropada yeganə Latviya ermənilərə qarşı təpki verdi
Ötən gün Avropa Parlamentinin müzakirəyə çıxardığı “erməni soyqırımı” barədə səsvermədə iyuna qədər AB-yə rəhbərlik edəcək Latviya nümayəndələri “soyqırım” ifadəsinin işlədilməsinə qarşı çıxıblar.

Axar.az xəbər verir ki, Yaşıllar Partiyasının ispan üzvü Ernest Maraqall Osmanlı imperiyası dövründə baş verən hadisələrə görə bugünkü Türkiyənin günahlandırılmasının doğru olmadığını bildirib.

Parlamentdə Liberal qrupun türk əsilli bolqar üzvü İlhan Kiçik AP-nin bu qərarının faydalı olmayacağı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, dünən Avropa Parlamenti 24 aprelin Avropa Birliyinə daxil olan ölkələrdə “erməni soyqırımı” günü kimi qeyd edilməsilə bağlı sənədi qəbul edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.