“Sanksiyaların aradan qaldırılmasını gözləməkdənsə, yaranmış vəziyyətindən istifadə etməliyik”

16-04-2015, 15:53           
“Sanksiyaların aradan qaldırılmasını gözləməkdənsə, yaranmış vəziyyətindən istifadə etməliyik”
“Rusiyaya qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasını gözləməkdənsə, yaranmış vəziyyətindən istifadə etməliyik”.

APA-nın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin yerli televiziyaların canlı yayımında vətəndaşların suallarını cavablandırarkən deyib.

O, sanksiyaların tezliklə ləğv olunmayacağını bildirib: “Əslində bu, siyasi məsələdir. Birbaşa Ukrayna məsələsi ilə bağlı deyil. Biz Minsk razılaşmasının həyata keçirilməsi üçün əlimizdən gələni edirik. Mən ötən ilin makroiqtisadi göstəriciləri barədə danışarkən, əhalinin maaşlarının artmasına rəğmən, inflyasiya səbəbindən gəlirlərin azaldığını qeyd etdim. Bu tək sanksiya məsələsi deyil. Biz iqtisadi siyasətimizi korrektə etməli idik. Bu baş verdi. Bu, bazara, investorlara təsir etdi, onu sağlamlaşdırdı”.

Rusiya hökumətinin böhran əleyhinə plan üzərində işi başa çatdırdığını deyən V. Putin artıq bu planın tətbiqinə başlanılacağını bildirib. O həmçinin qeyd edib ki, Rusiya iqtisadiyyatının bərpası 2 ildən tez müddətdə baş verə bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.