ABŞ-da "Florens" qasırğası ilə əlaqədar yüzlərlə təyyarə reysi ləğv edilib

14-09-2018, 08:04           
ABŞ-da "Florens" qasırğası ilə əlaqədar yüzlərlə təyyarə reysi ləğv edilib
ABŞ-da ikinci kateqoriyalı "Florens" qasırğası ilə əlaqədar 1700-dən çox təyyarə reysi ləğv edilib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "FlightAware" onlayn xidməti məlumat yayıb.

"Florens" qasırğası əvvəlcə beş mümkün dərəcədən dördüncü dərəcəyədək güclənib, sentyabrın 13-də isə ikinci dərəcəyə qədər azalıb.

Sinoptiklər xəbərdarlıq edirlər ki, təhlükə kateqoriyasının azalmasına baxmayaraq, Virciniya, Şimali Karolina, Cənub Karolina və Merilend ştatlarında təbii hadisə tüğyan edəcək. Habelə güclü leysan yağışlar və güclü külək faciəli nəticələrə gətirib çıxara bilər.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.