290 mədəniyyət xadimi nazirin istefasını tələb edib – Almaniyada

23-09-2018, 19:35           
290 mədəniyyət xadimi nazirin istefasını tələb edib – Almaniyada
Almaniyada 290 mədəniyyət xadimi daxili işlər naziri Horst Zeehoferin istefasını tələb edib. AzEuroNews.com “Azlegat.com”a istinadən xəbər verir ki, “Biz dəhşət icindəyik” deyərək heyrətlərini gizlətməyən aktyorlar, rejissorlar və digər tanınmış mədəniyyət xadimləri Horst Zeehoferin istefasını tələb ediblər. Çağırışda nazirin Almaniya Konstitusiyasını pozduğu qeyd olunub.

“Ləyaqət , Məsuliyyət və Demokratiya” adlı çağırışda H.Zeehoferin başqasıyla əvəzlənməsi tələb olunur.

Təşəbbüskarları dramaturq Moritz Pinke və yazıçı Yan Bettxer olan çağırışda nazirin miqrantlara münasibətdə davranışı insanlara qarşı təxribat, düşüncəsizlık və hörmətsizlik kimi dəyərləndirilib.

Mədəniyyət xadimləri müraciətdə yazır: “Biz artiq inana bilmirik ki, Horst Zeehofer Almaniya Federal Respublikası üçün siyasi məsuliyyətdən xəbərdardır”.

Çağrışı imzalayanlar onun Almaniyanın birliyini istəməsi şübhə altına alınır. Müraciətdə Horst Zeehoferdən Bavariyada keçiriləcək seçkilərdən əvvəl daxili işlər naziri vəzifəsindən istefa verməsi tələb olunur.

Məlumat üçün bildirək ki, oktyabrın 14-də Almaniyanın Bavariya əyalətində seçki keçiriləcək.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.