Dağıstanda “Qafqaz əmirliyi”nin lideri öldürülüb

20-04-2015, 17:21           
Dağıstanda “Qafqaz əmirliyi”nin lideri öldürülüb
Rusiyanın Dağıstan Respublikasında keçirilən xüsusi əməliyyat zamanı “Qafqaz əmirliyi” qruplaşmasının rəhbəri Əliasxab Kebekov öldürülüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Milli Antiterror Komitəsinin yaydığı xəbərdə deyilir.

Gerey-Avlak qəsəbəsində keçirilən əməliyyat nəticəsində 5 terrorçu zərərsizləşdirilib. Doku Umarovun xələfi sayılan A. Kebekovdan başqa cinayətkar qruplaşmaların başçıları Şamil Hacıyev və Ömər Maqomedov qətlə yetirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.