NATO Türkiyə ilə bağlı iclas çağırdı - Səbəb Rusiyadır

5-10-2015, 21:03           
NATO Türkiyə ilə bağlı iclas çağırdı - Səbəb Rusiyadır
NATO baş katibi Yens Stoltenberq Türkiyə xarici işlər naziri Firudin Sinirlioğlu ilə görüşəndən sonra təcili NATO-nun iclasını çağırıb.

Avropa.info xəbər verir iclasın çağırılmasının səbəbi rus təyyarələrinin türk hava məkanını pozmasıdır.

“Mən elə indicə Rusiyanın Suriyadakı hərbi əməliyyatlarını müzakirə etmək üçün Türkiyənin XİN başçısı Firudin Sinirlioğlu ilə görüşdüm. Görüşdə həmçinin rus hərbi təyyarələrinin türk hava məkanını pozmasının yolverilməz olduğu müzakirə edildi” – deyə Stoltenberq bildirib.

O, qeyd edib ki, NATO Türkiyənin təhlükəsizliyinin möhkəm qarantı kimi qalır.

“Mən bu gündən gec olmayaraq Şimal alyansının toplantısını çağırıram” – deyə Stoltenberq bildirib. O, Rusiyanın NATO hava məkanına hörmət etməyə, vəziyyəti gərginləşdirməməyə çağırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.