Rusiya Suriyaya silah dolu gəmi göndərdi

5-10-2015, 22:21           
Rusiya Suriyaya silah dolu gəmi göndərdi
Göyərtəsində Suriya ordusu üçün nəzərdə tutulmuş xeyli sayda silah-sursat olan nəhəng “Sezar Kunikov” desant gəmisi Qara dəniz boğazından keçərək Aralıq dənizinə çıxıb.

Bu barədə Rusiya gəmisinin Bosfor boğazından necə keçdiyini əks etdirən fotoları yaymış Türkiyə KİV-ləri məlumat yayıb.

“Sezar Kunikov” desant gəmisi İŞİD yaraqlıları ilə və digər islamçı qruplaşmalarla müharibə aparan Suriya hökuməti qüvvələrinə silah-sursat çatdırılması əməliyyatında iştirak edir. Bu əməliyyatın şərti adı “Suriya ekspressi”dir.

Siyasi müşahidəçilərin rəyinə görə, “Sezar Kunikov” desant gəmisi artıq Suriyanın Tartus limanına doğru istiqamətlənib. Rusiya Hərbi Dəniz Qüvvələrinin maddi-texniki təchizat bazası məhz bu limanda yerləşir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.