MN, DİN, FHN, XDMX, DTX və HXÇDX-nin səlahiyyətləri genişləndi - FƏRMAN

18-10-2018, 21:01           
MN, DİN, FHN, XDMX, DTX və HXÇDX-nin səlahiyyətləri genişləndi - FƏRMAN
Bu gün Prezident fərman imzalayıb.

Teref.az xəbər verir ki, Fərmana əsasən,“Fövqəladə hallarda, fövqəladə vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 7 iyun tarixli 417 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 494; 2014, № 9, maddə 1027; 2017, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2304) aşağıdakı dəyişikliklər edilib:

1. Adına və 1-ci hissəsinə “fövqəladə” sözündən sonra “və ya hərbi” sözləri əlavə edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Fövqəladə hallarda, fövqəladə vəziyyət şəraitində zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malik olan və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli dövlət hakimiyyəti orqanlarının siyahısı” üzrə:

2.1. adına “fövqəladə” sözündən sonra “və ya hərbi” sözləri əlavə edilsin;

2.2. 4-cü hissənin:

2.2.1. “Səlahiyyətli dövlət hakimiyyəti orqanının adı” sütununa “Azərbaycan Respublikasının” sözlərindən əvvəl“Fövqəladə hallarda və fövqəladə vəziyyət şəraitində” sözləri, “komendantı” sözündən sonra “, hərbi vəziyyət şəraitində isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti” sözləri əlavə edilsin;

2.2.2. “Telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin növü” sütununa “fövqəladə” sözündən sonra “və ya hərbi” sözləri əlavə edilsin.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.