Dənizkənarı Bulvar İdarəsi üçün nəzərdə tutulan xidməti minik avtomobillərinin say həddi limiti ləğv edilib

21-10-2018, 08:49           
Dənizkənarı Bulvar İdarəsi üçün nəzərdə tutulan xidməti minik avtomobillərinin say həddi limiti ləğv edilib
Nazirlər Kabineti 2011-ci il 18 iyul tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəlinin 56-cı hissəsini ləğv edib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi üçün nəzərdə tutulan xidməti minik avtomobillərinin say həddi limiti (say həddi 3 avtomobil idi - red) ləğv edilib.

Qərarla həmçinin Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslər, təşkilatlar və sair) Siyahısı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2016-cı il 22 iyun tarixli qərarının 1-ci hissəsi (Büdcədən maliyyələşdirilən qurumlar) ləğv olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.