“Kupça”sı olmayan evlərə görə əmlak vergisi ödənilirmi? – Video

18-11-2018, 10:48           
“Kupça”sı olmayan evlərə görə əmlak vergisi ödənilirmi? – Video
Çıxarışı olmayan mənzillərin sayının artması artıq Vergilər Nazirliyini də ciddi şəkildə narahat etməyə başlayıb. Buna səbəb çıxarışı olmayan mənzillərin alqı-satqı zamanı vergidən kənarda qalmasıdır. Vergiyə cəlb olunmayan bu vəsait isə on milyonlarla manatla ölçülür.

Xəzər Xəbər-in məlumatına görə, Vergilər Nazirliyinin rəsmi orqanında dərc edilmiş bir məqalədə qeyd olunur ki, Bakıda və digər şəhərlərdə mənzillərin böyük bir qisminin mülkiyyət sənədləri yoxdur. Çıxarış sənədi olmayan mənzillər isə həm vətəndaşlar üçün problem yaradır, həm dəmənzil satışının vergidən kənarda qalmasına gətirib çıxarır. Vergidən kənarda qalan vəsait isə 9 ay ərzində 52 milyon manatdır. Əmlak eksperti Ramil Osmanlı deyir ki, Bakıda çıxarışı olmayan xeyli sayda bina var.

Ramil Osmanlının sözlərinə görə, çıxarışsız mənzillərin alqı-satqısı prosesində notariuslar iştirak etmədiyindən qeydiyyat rəsmiləşdirilmir və nəticədə satışa görə vergi tutmaq mümkün olmur…

Vergilər Nazirliyinin məlumatına görə, cari ilin yanvar-sentyabr ayları ərzində notariuslar tərəfindən mənzil və qeyri-yaşayış sahəsinin alqı-satqısından dövlət büdcəsinə təxminən 28 milyon manat vergi ödənilib. Əslində isə həmin dövr ərzində mənzillərin sahəsinə görə ödənilən vergi 70 milyon manat olmalı idi. Bu isə o deməkdir ki, alqı-satqı olunan mənzillərin 60 faizini vergiyə cəlb etmək mümkün olmayıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.