Yeni super nazirlik yaradılır - 3 qurum birləşdirilir

20-11-2018, 09:29           
Yeni super nazirlik yaradılır - 3 qurum birləşdirilir
Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin birləşdirilməsi yenidən gündəmə gəlib. Bu barədə istiqlal.az-a hökumətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, təkcə bu 2 qurumun birləşdirilməsi ilə söhbət bitmir: "Söhbət dövlət vergi yığımlarının vahid bir strukurda cəmlənməsindən və bundan doğan struktur islahatından gedir. Gömrük xidməti ilə yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinin bir hissəsi, konkret desək, məcburi sığorta ödənişlərinin yığılması funksiyasının Vergilər Nazirliyinin idarəetməsinə verilməsi planlaşdırılır".

Mənbənin bildirdiyinə görə, Dövlət Sosial Müdafiə Fondunun başqa bir səlahiyyəti - pensiyaların təyin edilməsi və paylanması funksiyasının isə Maliyyə Nazirliyinə verilməsi nəzərdə tutulur: "Yəni konkret olaraq fondun ləğvindən və səlahiyyətlərinin Vergilər və Maliyyə nazirlikləri arasında bölüşdürülməsindən söhbət gedir. Bununla da büdcə daxilolmalarının yığılması ilə yalnız Vergilər Nazirliyi, büdcə vəsaitlərinin bölüşdürülməsinə isə yalnız Maliyyə Nazirliyi məşğul olacaq".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.