Mikayıl Cabbarovu işçiləri saxta araq biznesinin ÇƏTİRİ rolunda... - İDDİA

6-12-2018, 11:28           
Mikayıl Cabbarovu işçiləri saxta araq biznesinin ÇƏTİRİ rolunda... - İDDİA
Bir müddət əvvəl Qazax,Ağstafa,Tovuz rayonlarında araqdan zəhərlənmələr və bölgədə mənşəyi bəlli olmayan spirtdən hazırlanan,bəzən də aksiz markası olmayan saxta araqlar barədə məlumat vermişdik.
Faktinfo.az-a bu barədə yeni məlumat daxil olub.Mənbənin verdiyi xəbərə görə,saxta araq istehsalçılarının hər üç rayonda milyonlarla gəlir əldə etməsi təsadüfi olmayıb.Belə ki,həmin işbazların hərəkətlərinə zamanla 14 saylı Ərazi Vergilər İdarəsinin bəzi əməkdaşları da laqeyd yanaşıb.

O da bildirilir ki,hər üç rayonda saxta spirtli içki istehsalçıları “araq”ları əksər hallarda rayonların kəndlərində realizə edirlər. El şənliklərində,toylarda istifadə olunan məlum spirtli içkilər kütləvi şəkildə insanlarda bir sıra xəstəliklərə də səbəb olur. Kütləvi hal alan bu işdən isə hər üç rayonda 20-dək şəxs faydalanır,əldə etdikləri gəlirləri inşaat materialları satışına,tikinti biznesinə,böyük marketlərlərin istifadəsinə sərf edirlər.

Sayta verilən məlumatda o da qeyd olunur ki,son vaxtlar belə şəxslər artıq qanunların sərt bir şəkildə onlara da şamil edilə biləcəyindən narahatdırlar.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.