Tanınmış vəkilin "stəkanda fırtına" əməliyyatı - araşdırma

10-12-2018, 08:47           
Tanınmış vəkilin "stəkanda fırtına" əməliyyatı - araşdırma
Vəkil Adil İsmayılovun Azərbaycan Beynəlxalq Bankının 3 milyard 300 milyon dollar xarici borcu ilə bağlı guya ingilis dilində məxfi sənəd əldə edib və paylaşıb. Dərhal da xəbər portallarının manşetlərini “Beynəlxalq Bankın yeni borclar üzə çıxdı”, “vəkil sənəd yaydı” və s. bu tipli xəbərlər bəzəyib.

Əslində bu siyahı Beynəlxalq Bankın saytında hələ 2017-ci ilin may ayında xarici öhdəliklərin restruktruzasiya planı elan olunan gündən həm Azərbaycan, həm də ingilis dillərində yerləşdirilib və Restrukturizasiya planının tərkib hissəsi olub. Hörmətli vəkil bir az da özünə əziyyat verib saytdan sənədin Azərbaycan dilində olan versiyasını yaysaydı oxucuları tərcümə xidmətlərinə üz tutmaq əziyyətindən xilas etmiş olardı (https://www.ibar.az/…/5800/restrukturizasiya_plan_abb_n.pdf….)

Bu plan, yəni ABB-nın öhdəliklərinin könüllü restrukturizasiyası kreditorların 18 iyul 2017-ci il tarixində keçirilmiş yığıncağında qəbul olunub. Plana görə, bankın xarici öhdəliklərinin 2 milyard 265,9 milyon dolların dövlət öz üzərinə götürdü, yerdə qalan hissəsini isə bank öz üzərində saxlamış oldu. Və ən başlıcası isə bu xəbər anındaca tirajlandı və restruktruzasiya planı bankın öz saytında yerləşdirildi.

Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevlə növbəti cinayət işinin ibtidai istintaqı bu yaxınlarda bitib və istintaq materialları tanışlıq üçün vəkillərə verilib. Bu məsələdə 23 nəfərin adı keçir. Güman ki, vəkillərdən biri iş materialları arasında bu sənədi görüb və ittiham edilənlərin maraqları çərçivəsində sənədi tirajlayıblar. Çox təəssüf ki, A.İsmayılov kimi nüfuzlu vəkil bu məsələdə alətə çevrilib.

A.İsmayılov sual edir ki, Beynəlxalq Bankın 715 milyon dollar borcu olan “Cargill” şirkətinə tanıyan varmı? “Cargill” dünyanın və ABŞ-ın ən böyük şirkətlərindən biridir. Şirkət 150 il əvvəl yaranıb və 125 ölkədə 155 min işçisi var. "Cargill”-in aktivləri 10 milyard həddində qiymətləndirilir. Təbii ki, şirkəti tanımamağa görə vəkili günahlandırmaq düz deyil. Ancaq internet əsrində bunu araşdırmaq üçün bir neçə dəqiqə yetərlidir. Görünür, hörmətli vəkil özünə əziyyət vermək istəməyib.

Böyük ehtimalla, bu “xəbər”lər yaxın günlərdə yenidən məhkəmə önünə çıxarılacaq BB-ın sabiq sədri Cahangir Hacıyevin maraqlarına uyğun dövriyyəyə buraxılır.

Bu yaxınlarda C.Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın London mülkləri müsadirə olundu. Pulların mənbəyi bəlli deyildi. Z.Hacıyeva da bununla bağlı suallara cavab verə bilməyib. İstintaq materiallarında isə bu suallara tam aydın cavablar var. Ona görə də indidən ictimai diqqəti əsas hədəfdən yayındırmaq ssenarisi işə düşüb.
Q.İbrahimli \\istiqlal.az\\












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.