Prezident İlham Əliyev İnstagram-da ən populyar postsovet məkanı liderləri arasında

11-12-2018, 05:53           
Prezident İlham Əliyev İnstagram-da ən populyar postsovet məkanı liderləri arasında
Prezident İlham Əliyev İnstagram-da ən populyar postsovet məkanı liderləri arasında. Trend-in məlumatına görə, bu haqda hesabat Twiplomacy-nin illik araşdırması nəticəsində bəlli olub.

Bildirir ki, İnstagram sosial şəbəkəsində “Dünya liderləri”nin (World Leaders on Instagram) və BCW qlobal PR agentliyinin araşdırmalarının nəticələrinə görə, bu liderlər öz abunəçiləri ilə fəal əməkdaşlıq edirlər, dünya liderləri, dövlət və beynəlxalq təşkilatlarla ünsiyyət qururlar.

Araşdırma zamanı əsasən İnstagramda 426 abunəçinin, o cümlədən Azərbaycan Prezidentinin və Azərbaycanın xarici işlər nazirliyinin aktivliyi analiz edilib.

Hesabatın analizi göstərir ki, postsovet məkanında beşliyə daxil olan dövlət liderlərindən Rusiyanın baş naziri Dmitri Medvedevin 2 milyon 914 min 474, Özbəkistan prezidenti Şavkat Mirzizoyevin 831 min 692, Azərbaycan Prezidenti İlham Əliyevin 236 min 749, Ukrayna prezidenti Petr Poroşenkonun 123 min 649, Qazaxıstanın baş naziri Baxıtjan Saqintayevin isə 77 min 923 nəfər abunəçisi var.

Dünya məkanında Hindistanın baş naziri Narenda Modinin -14 milyon 810 min 584, İndoneziya prezidenti Coko Vidodonun – 12 milyon 258 min 141 və ABŞ prezidenti Donald Trampın -10 milyon 88 min 28 abunəçisi qeydə alınıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk onluqda yer alıb və 4 milyon 351 min 238 abunəçi ilə 6-cı yeri tutub.

Hesabata görə, son 12 ay ərzində Azərbaycan Prezidentinin hesabına 142 yazı daxil olub, onlardan 139-u foto, 3-ü isə video ilə birgə yerləşdirilib. Ümumilikdə isə bu yazılar 1 milyon 38 min 135 layk və 2 min 859 şərh toplaya bilib. Hesabın auditoriyası 12 ay ərzində 65 min 420 nəfər artaraq 236 min 749 abunəçiyə qədər qalxıb. Bu isə 38.18 faiz artım deməkdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.