Məhkəmə, icra, sığorta, "sosial müdafiə" qanunsuzluğu - Qarabağ əlillərinin gedəsi yeri qalmayıb.... ŞİKAYƏT

12-01-2019, 08:12           
Məhkəmə, icra, sığorta, "sosial müdafiə"  qanunsuzluğu - Qarabağ əlillərinin gedəsi yeri qalmayıb.... ŞİKAYƏT
"Rəvan sığorta " şirkəti Qarabağ əlilinə aid olmayan "əlil avtomobili"nin məhv edilməsinə görə törəməsi olduğu "Nurgün Motors"da saxta 10 minlik defekt aktı tərtib edib. Bu saxtalığa yalnız Vergilər Nazirliyi hər iki şirkəti cərimə etməklə hüquqi qiymət verib. Nə prokurorluq, nə polis, nə maliyyə qurumları bu cinayət faktına hüquqi qiymət vermək istəmir. Məhkəmə (Sabunçu ) isə bu dələduz sığorta şirkətinin rüşvətilə saxta iddianı icraata götürüb. Qarabağ əlili də qarşılıqlı iddia qaldırıb. Hakim İmran Burcayev işin aidiyyatı üzrə Suraxanı məhkəməsinə göndərilməsi haqqında 10 fevral 2016 tarixli 2 (008)-074 saylı qərardad çıxarıb. Bu qərardaddan apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsi 6 aydan sonra (??) 18 avqust 2016 tarixli qərardadı ilə şikayəti təmin etməyib. Ali Məhkəmənin İlqar Dəmirov (sədr),Rüstəmov Əli və Tatyana Qoldmandan ibarət üçlüyü 9 aydan sonra (???) 16 may 2017 tarixli qərar ilə aşağı instansiyanın qərarını qüvvədə saxlayıb. Ali Məhkəmənin 16 may 2017 tarixli 2 (102)-2609 saylı qərarı əlavə olunur. Hələ də Ali Məhkəmənin bu qərarı icra olunmur. Amma Suraxanı məhkəməsinin hakimi Ramil Həsənov Ali Məhkəmənin qərarından 1 il qabaq 28.11.2016 tarixli saxta qətnamə qəbul edib və icra vərəqi tərtib etmədən şifahi şəkildə Suraxanı icra məmuru Vüsal Əliyevə xaricdə müalicəyə ehtiyacı olan, düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı Qarabağ əlilinin əmlakına -reabilitasiya vasitəsi olan avtomobilinə və pensiyasına həbs qoymağı tapşırıb. İcra məmuru Vüsal Əliyev icra sənədi olmadan məktubla həm əlilin avtomobilinə həbs qoyub, həm də ƏƏSMN yanında DSMF-in Hərbi Qulluqçular və Xüsusi rütbəli şəxslərlə iş idarəsinə pensiyanı yarıqat etdirdib .2 ay 175 manat hesabı ilə ƏƏSMN əlilin pensiyasını "Rəvansığorta"nın hesabına ödəyib. Biz 350 manatın yiyəsinə qaytarılmasını məhkəmə qaydasında tələb etsək də, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Miminat Hacıbəyova iddianı mümkün saymayıb ki, əlilə ziyan dəyməyib. Bu qərardaddan apellyasiya şikayətimiz Bakı Apellyasiya Məhkəməsinin 08 yanvar 2019 tarixli qərardadı ilə təmin edilməyib. Bu yuxarı məhkəmə saxta, qüvvədə olmayan Suraxanı məhkəməsinin 28.11.2016 tarixli qətnaməsindən şikayət etməyi məsləhət görüb (??) Fikir verin, yuxarı instansiya saxta məhkəmə qətnaməsini necə qüvvəyə mindirmək istəyir. 18.01.2018 -ci ildə Bakı Apellyasiya Məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Zaur Tağıyevin bizə xəbər vermədən iddiamızın mümkün sayılmaması haqqında qərardadından şikayətimizə baxacaq. Artıq bizim məhkəməyə heç bir inamımız qalmayıb. Bizim əmlakımıza həbs qoyulub , pensiyamız yarıqat edilib, nə könüllü qaytarırlar, nə polis, prokurorluq qaytarılmasını təmin edir .Məhkəmələr də məhkəmə hüququmuza qadağa qoyub .Hansı yol qalır?


Qarabağ əlilləri: Abbaszadə Xaliq Əvəz oğlu, Cəbrayılov Yusif Asif oğlu, Süleymanov Güloğlan Salman oğlu, Mikayılov Səxavət Dünyamalı oğlu, İsmayılov Müşfiq Fərman oğlu, Əhmədov Mirbaba Əmirxan oğlu, Hüseynov Eldar Əziz oğlu və başqaları. İmza vərəqələri (30 imza ) əlavə olunur.
Ünvan :Suraxanı rayonu, Yeni Günəşli, V massivi, ev 31 "Əlillər evi



шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.