QHT-lərin mühasibat uçotu qaydaları təsdiqləndi

13-01-2019, 10:59           
QHT-lərin mühasibat uçotu qaydaları təsdiqləndi
“İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən qeyri-hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq edilib.

Publika.az xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

“Mühasibat uçotu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2018-ci il 4 may tarixli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli fərmanında dəyişiklik edilməsi haqqında” 2018-ci il 1 iyun tarixli fərmanın 1.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən qeyri-hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq olunub.

Daha əvvəl məlum olub ki, “Mühasibat uçotu haqqında” qanuna edilən dəyişikliklərə əsasən, Dövlət İmtahan Mərkəzi (DİM) “peşəkar mühasib sertifikatı” verəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.