Arif Alışanov AzTV-dən çıxarıldı - SƏRƏNCAM VERİLDİ

15-01-2019, 16:55           
Arif Alışanov AzTV-dən çıxarıldı - SƏRƏNCAM VERİLDİ
"Azərbaycan Televiziya və Radio Verilişləri " Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov vəzifəsindən azad olunub.

Bu barədə BakuPost-a AzTV-dəki mənbə məlumat verib. Bildirilib ki, bu dəqiqələrdə TV-də iclas keçirilir. Onun yerinə tanınmış jurnalist Rövşən Məmmədov (Raqifoğlu) təyin olunub.


***

Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezident İlham Əliyev A.N.Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

AzNews.az xəbər verir ki, sənəddə bildirilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Arif Nizam oğlu Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.