Almaniyadan Qarabağla bağlı SENSASİON XƏBƏRDARLIQ: Yaxın vaxtlarda...

17-01-2019, 09:41           
Almaniyadan Qarabağla bağlı SENSASİON XƏBƏRDARLIQ: Yaxın vaxtlarda...
“Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması təkcə Cənubi Qafqaz regionu üçün yox, həm də bütün dünya üçün problemdir, çünki genişmiqyaslı hərbi hərəkətlərin riski daim yüksəlir”.

Publika.az xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” nəşrinə müsahibəsində almaniyalı politoloq Andreas Umland deyib.

Alman politoloq hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi saat mexanizmli bombadır və heç kim onun nə vaxt partlayacağını bilmir.

“Münaqişənin nizama salınması nə qədər təxirə salınırsa, bir o qədər qlobal səviyyəli məsələyə çevrilir. Ən pis nəticə Ermənistan və Azərbaycanın hərbi müttəfiqlərinin iştirakı ilə müharibənin genişlənməsidir. Rusiya və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatında təmsil olunur, Azərbaycan hələ 2010-cu ildə Türkiyə ilə Strateji Əməkdaşlıq Haqqında Müqavilə imzalayıb. Türkiyə öz növbəsində NATO-nun üzvüdür. Bu baxımdan, Dağlıq Qarabağ probleminin həll edilməməsi Rusiya və NATO arasında müharibə riskini yaradır”, - deyə o xəbərdarlıq edib.

A. Umland hesab edir ki, yaxın vaxtlarda münaqişənin həlli baş tutmasa, vəziyyət tərəflər və onların müttəfiqləri üçün çox təhlükəli olacaq.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.