Mitinq özbaşınalığı: Araşdırma aparılır

20-01-2019, 16:38           
Mitinq özbaşınalığı: Araşdırma aparılır
Yanvarın 19-da müxalifətin Məhsul stadionunda keçirdiyi mitinqindən sonra aksiyanın təşkilatçıları prosesi idarə edə bilməyib və ya etmək istəməyib, nəticədə həmin ərazidə asayişin təmin edilməsi, nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb.

Axar.az xəbər verir ki, stadiounun ətrafında yaşayan vətəndaşların sakitliyinin pozulduğu, onların hərəkətinə maneçilik törədilidiyi məlum olub.

Mitinq iştirakçıları aksiya bitdikdən sonra da qrup şəklində, müxtəlif şüarlar səsləndirərək yolun nəqliyyat vasitələrinin hərəkət etdiyi hissəsi ilə irəliləyib, bu hal metro stansiyasının daxilində də müşahidə olunub, onlar həmin ərazidə olan və tədbirə qoşulmayan vətəndaşları da öz sıralarına qatmağa cəhd göstərib. Nəticədə bəzi hallarda bu zəmində qarşıdurma da yaranıb.

Mitinq təşkilatçılarının qanunun tələblərinə laqeyd münasibəti nəticəsində yaranmış xoşagəlməz hal həmin ərazidə yaşayan sakinlərin və müxtəlif səbəblərdən İnşaatçılar metrostansiyasının ətrafında olan adi vətəndaşların ciddi narazılııına səbəb olub.

Çox güman mitinqin təşkilatçıları aksiya iştirakçılarının özlərini belə kobud aparması və ictimai asayişin pozulmasına qəsdən şərait yaradıb, bununla akisyanın kortəbii xarakter alması, daha çox insanın bu prosesə qoşulmasını təmin etməyi planlayıb.

Hazırda aidiyyəti dövlət orqanları hadisənin baş vermə səbəblərini araşdırır və belə halların bir daha təkrarlanmaması üçün həyata keçiriləcək tədbirləri müəyyənləşdirirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.