Aytən Fərhadovanın bu statusu aranı qarışdırdı: “Zəngilanın hansı ölkənin tərkibində olmasının mənim üçün heç bir fərqi yoxdur”

21-01-2019, 06:40           
Aytən Fərhadovanın bu statusu aranı qarışdırdı: “Zəngilanın hansı ölkənin tərkibində olmasının mənim üçün heç bir fərqi yoxdur”
Meydan TV əməkdaşı Aytən Fərhadovanın bir statusu aləmi qarışdırıb

Teref.az xəbər verir ki, onun fikirləri ermənipərəstlik kimi qiymətləndirilib. Hətt onunla eyni düşərgədə olan, müxalif fikirli yazarlar, jurnalistlər, hakimiyyəti sərt tənqid edənlər belə onu qınayıb, fikrini bölüşməyiblər.

Sitat: Azərbaycan və Ermənistan arasında yanvarın 16-da əldə olunan razılaşmaya artıq münasibətlər gəlir. Yenə bir video müraciet var. Müraciəti eden də keçmiş jurnalist Nigar Almanqızıdı. Tanıyanlar tanıyır.

Haralı olduğumu dostlarım bilir. Əslimiz zəngilanlıdır. Hər insan itirdikcə daha yaxşı anlayıram dünyanın nə qədər puç olduğunu və bu puçluqda fəzada öz xoşuna fırlanan planetimizdəki cılız insanların xırda hisslərinin heçliyini...

Zəngilan üçün heç kimin ölməyini istəmərəm, heç Şuşa və Laçın üçün də. Ermənistan babalarımın mülkiyyət hüquqlarını tanısın və insanımın təhlükəsizliyini təmin etsin, Zəngilanın hansı ölkənin tərkibində olmasının mənim üçün heç bir fərqi yoxdu. Qazilərə sayğım sonsuz, şəhidlərin xatirəsi də həmişə əzizdir".

Qarabağ qazisi Rey Kərimoğlu ona cavab verib: "Aytən, sənə heç bir sözüm yoxdu. Necə ki, bütün sahələrdə saxtalar var döyüşçülərin də arasında var. Hakimiyyətdəki bəzi yaramazların və ermənisevdalıların ucbatından təmizləmək olmur".

Emin Ali isə yazıb: "Səhv etmirəmsə bir neçə il əvvəl "Meydan" öz səhifəsinin ingilis dilindəki versiyasında erməni soyqırımının olduğunu və onu tanımağın vacibliyini bildirən məqalə yerləşdirmişdi. Nə qədər tənqid olunsa da onu silmədi. Bu da mövqe".

Jurnalist Çingiz Sultansoy: "Hamısı doğru. Aytəni qınamıram, amma anlamıram. Niyə Zəngilan ermənilərin idarəsində olsun ki?"

Hüquq müdafiəçisi Rəşid Hacılı: "Mən heç vaxt istəmərəm. Aytən emosional yazıb. Bizə, hakimiyyətə deyir ki, ala bilmirsiniz, qabiliyyətiniz çatmır.

Hökumətə girmək istəyənlər fürsət tapıblar bunu yanlış şərh etməkdən".

Esmira Cavadova: "Mən bilirəm ki, Aytən heç vaxt Zəngilanın düşməndə qalmasını istəməz, o, bunu o mənada yazmayıb, sadəcə, anlaşılmazlıq olub. Sadəcə, bir az yazdıqlarını korrektə etməlidir".

Fikrət Hüseynli: "Mən hücumlara haqq qazandırmıram. Dağlıq Qarabağ məsələsində müharibəyə görə, olsun ki, fikir ayrılıqları normal qarşılansın. Amma tarix boyu məhz Azərbaycan torpağı olmuş bir bölgənin taleyinə o cür münaisbət sərgiləmək bir jurnalistin təslimçi ruhundan, hakimiyyətin xalqı sülhə hazırlaması proyektindən başqa bir şey deyil.

ğDünyanın az qala yarısını tutan Böyük Britaniya Krallığı bir kiçik adanı Argentinaya güzəştə getməmək üçün on illərdir dirəniş göstərir.

Dünyanın ən tolerant xalqlarından olan hollandlar bu günə qədər də 1830-cu ildə Flamanın ayrılmasını hələ də qəbul etmirlər, Bruseli hələ də öz şəhərləri sayırlar.

Bu gün kimlərsə sına və sönə, dünyanı və insanlığı puç saya bilər. Amma unudulmamalı ki, insanlar ölə bilər, amma dövlət və millət qalmalıdır ki, kürdlər kimi sonradan özümüzə necə dövlət quracağımızı düşünməyə məcbur olmayaq".

Rəşad Babalı yazıb ki, Meydan Tv-də işləyənlərin hamısında Qarabağ haqda Aytənin yazdığı şəkildə reaksiyalar olur.

Cəmil Məmmədli: "Sadalananların hamısını edirəm və qınayıram...Sadəcə hücum çəkib, haray qışqırıq salmıram. İçimdə razı deyiləm və əks təbliğat aparıram...Bu qədər...

Bir metrə torpağın da erməni və ya başqasında qalmasına heç cür, heç bir şərt altında razı deyiləm".

"Kaspi" qəzeti bu haqda yazıb ki, müxtəlif bəhanələrlə Azərbaycanı tərk edib xaricə sığınan və ölkəmiz əleyhinə qaralama kampaniyası aparan antimilli ünsürlərin erməni maraqlarına xidmət etdiyini, işğalçı Ermənistanla ortaq mövqedən çıxış etdiklərini dəfələrlə qeyd etmişdik:

"Belələri üçün Vətən, millət, xalq məfhumun yad olduğunu, yalnız öz şəxsi maraqlarını düşündüklərini xüsusi vurğulamışıq. Eyni əqidənin daşıyıcıları olan bu antimilli ünsürlər yalnız şəxsi maraqlarını təmin etmək üçün hər vasitəyə əl atır, istənilən xarici qüvvə ilə əməkdaşlıqdan çəkinmirlər.

Emin Milli kimi antimilli ünsürün rəhbərlik etdiyi "MeydanTv”də və onun ətrafında toplaşanlar da belələrinə nümunədir.

"MeydanTv”nin əməkdaşı Aytən Fərhadova "Facebook”da yazdığı statusla özünün və əməkdaşlıq etdiyi komandanın əsl simasını növbəti dəfə ortaya qoyub.

Əslən Zəngilandan olduğunu qeyd edən A.Fərhadova Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşünə toxunaraq, işğal altındakı Zəngilan, Şuşa, Laçın üçün kimsənin ölməsini arzulamadığını yazıb".

"MeydanTv” və ona havadarlıq edənlərdən təlimatlar alan A.Fərhadova bu yazdıqları ilə Vətəninə, millətinə, xalqına xəyanət edir.

Elə bu səbəbdən də "Facebook” istifadəçiləri, o cümlədən status müəllifinin həmkarları, müxalifətçilər onu bu mövqeyinə görə "topa tutublar”. Misal üçün, Dünya Sakit imzası ilə tanınan jurnalist A.Fərhadovanın yazdıqlarından təəssüfləndiyini qeyd edib.

Bildirib ki, erməninin Aytənin babalarının mülkiyyət hüququnu tanıması nonsensdir və bunu onlara tanıtmaq üçün döyüşməkdən başqa yol yoxdur. O bildirib ki, hər nə qədər istəməsək belə, döyüş və itkilər qaçılmazdır.

Müxalifyönlü fikirləri ilə tanınan Rəşad Babalı isə etirazını ironik şəkildə bu cür çatdırıb: "Verək başqa yerləri də bitsin. Ermənilər əslində vəhşi deyillər. Sadəcə, bizim mövcudiyyətimiz onları vəhşiləşdirir.

"MeydanTv”nin havasındandı, suyundandı bilmirəm, orda işləyənlərin böyük əksəriyyəti belə düşünür. "Halaldır” bu təslimçiliyi "propoqanda” edənlərə”.

Mübariz Türk adlı istifadəçi vurğulayıb ki, A.Fərhadova əslində bu statusu ilə Ermənistanın işğalçılıq siyasətinə dəstək olur, işğal olunmuş torpaqların müdafiəsi zamanı əlil olan qazilərimizə, şəhidlərimizin ruhuna ən böyük sayğısızlıq nümayiş etdirir.

Əslən Cəbrayıl rayonundan olan Afər Fərhad isə etirazını bu cür bildirib: ""Ermənistan babalarımın mülkiyyət hüquqlarını tanısın”.

Bu fikrə necə inanmaq olar? Ermənistan ərazisində yaşayıb, baba yurdundan qovulan nə qədər qaçqın var...”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.