Malıbəyli və Quşçular camaatının xilas edilməsi.......

11-02-2019, 11:14           
Malıbəyli və Quşçular camaatının xilas edilməsi.......
Malıbəyli və Quşçular döyüşçülərinin Şəhid olanları qarşısında baş əyir, sağ qalanlarına can sağlığı arzulayıram.

Malıbəyli və Quşçular əhalisinin xilas edilməsi, kənd müdafiçilərinin fədakarlığı və qəhrəmanlığı əvəzolunmazdir. Birinci Qarabağ müharibəsi tarixində bu əməliyyat müqayisəolunmazdir, özünəməxsus yeri var, öyrənilməlidir, təbliğ olunmalıdr, nəinki sənədli, hətta bədii film cəkilməlidir. Əvvala bu əməliyyatla xalqimiz doğrudana da ikinci bir Xocali faciəsindən xilas oldu, ikinci bu əməliyyat oğullarımızın döyüş əzmini, ruhunu ,düşmən qarşısında əyilməzliyini, cəsarətini, döyüş idarəetmə qabiliyyətini ortaya qoydu. Burada Azay Kərimov faktorunu unutmaq olmaz. Ali hərbi təhsil alan, Əfqanistan və digər qaynar nöqtələrdə, eyni zamanda Qarabagda əldə etdiyi döyüş təcrübəsi, doğma Qarabağa dərin məhəbbəti, düşmənə nifrəti, yerli səraiti əla bilməsi və ən nəhayət elinin ona olan inam və etibari, ən cətin anda heç kimə arxalanmadan ən doğru anda ən doğru qərar verməsinə səbəb olmusdu.
Bu qərar çox məsuliyyətli qərar idi, amma doğru idi.

Malibəyli və Quşçular çox strateji əhəmiyyətli mövqe idi... Xankəndi ətrafında olan azərbaycanlılara aid bütün yaşayış məntəqələri o zaman Ermənistan tərəfindən tamamilə işğal olunmuşdu, yalnız Malıbəyli və Quşçular qalmisdı kı, bu kəndlər də ermənilərin digər Azərbaycan ərazilərini işğal etməyə mane olurdular. Erməni silahlı qüvvələri isğalçı planlarını genisləndirmək ücün Xankəndindən Xocavəndə gedən yolda Qaradağlı kəndini, Əsgərana gedən yolda isə Xocalı şəhərini ələ keçirməyi planlaşdırırdılar. Bu yaşayış məntəqələrini ələ keçirmədən ermənilər etibarlı mudafiə yaradıb işğalçılıq siyasətini həyata keçirə bilməzdilər. Nəyin bahasına olsun bu kəndləri işğal etməyi, mülki insanları girov götürməyi qərarlaşdırmışdılar. Məhz Malıbəyli–Quşçular işğal olunduqdan sonra qısa müddətdə, fevralın 17 də Qaradağlı, 26- da isə Xocalı şəhəri işgal olundu.

Bununla da ermənilər muharibənin birinci mərhələsinin ən əhəmiyyətli hissəsini başa çatdırdılar.

Malıbəyli-Quşcularin yerləşdiyi ərazidən təxminən 3000 nəfərlə türk qanına susamış silahli erməni kəndlərinin əhatəsindən kecərək Abdal kəndinə yürüş etmək..

Bu xilaskarlıq yürüşü idi... Yəqin ki oxucular həmin marşrutda cografi cətinlikləri təəsəvür edirlər, bir də qış ayinda, qar, boran...qadınlar, qızlar, gəlinlər, qocalar, uşaqlar və körpələr... Bu gun o dövrü və o günləri təhlil etmək olduqca asandır.

Təbii ki, belə bir məsuliyyətli və tarixi qərarı Malıbəyli-Quşçular döyüşçüləri qəbul etmişdilər. Qərar dogru zamanda verilmisidi, azacıq gecikmək Xocalı dəhşətinin bas verməsinə səbəb ola bilərdi..
P.S Əslində kəndlərin təxliyyəsi üçün kənd sakinlərindn olan döyüşçüləe iki variant seçmişdilər.Lakin Azay Kərimovun təkidi ilə onun təklif etdiyi plan qəbul olundu. Və bu ölüm və ya xilasa aparanm yürüş başladı. Azay Kərimov düşməni aldadaraq camaatı onların heç gözləmədiyi yerdən sağ salamat keçirməsi həqiqətən Qarabağ döyüşləri tarixinə yazılacaq bir əməliyyat oldu.Düşmənə dezinformasiya verib, onun əks istiqamətinə hərəkət etmək, qadınlı uşaqlı böyük bir qafiləni düşmən əhatəsindən sağ salamat çıxardmaq...... Özüdə 5-10 yüngül silahlı əskərlə....
Teref.azшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.

Top.Mail.Ru