Deputat dollar kreditləri ilə bağlı Prezidentə müraciət etdi

12-02-2019, 13:49           
Deputat dollar kreditləri ilə bağlı Prezidentə müraciət etdi
Azərbaycan prezidentindən növbəti fərmanının dollarla olan kreditlər probleminin həlli ilə bağlı olmasını xahiş edirik.
“Ölkə.Az” xəbər verir ki, bunu deputat Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti tərəfindən həyata keçrilən siyasi, iqtisadi və sosial islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır.
“Ölkə başçısının şəhid ailələri, minimum əmək haqqının artırılması ilə bağlı verdiyi sərəncamlar təqdir olunası haldır”- deyən deputat əlavə edib ki, bu gün ciddi məsələlərdən biri də banklardakı əmanətlərin tam sığortalanması ilə bağlıdır:
”Bildiyiniz kimi banklardakı əmanətlərin 42 faizi 3 aylıq əmanətlərdir. Artıq ölkə başçısı tərəfindən əmanətlərin tam sığortalanması ilə bağlı qanun hazırlanıb və Milli Məclisə daxil olub. Növbəti iclaslarda bu məsələyə baxılacaq. Bu qanun da çox müsbət addımdır. Bu qanunun qəbulu həm əmanətçilərin əmanətinin qorunmasına, həm də bankların fəaliyyətinin canlanmasına öz müsbət təsirini göstərəcək”..

Deputat həmçinin cəmiyyəti narahat eədn digər bir cidid məsləni gündəmə gətirib. O bildirib ki, bu, banklardakı dollarla götürülən kreditlər məsələsidir:
“Bu gün məhkəmlərdə kredit problemi ilə bağlı 300 minə yaxın iş var. İstərdik ki, ölkə başçısının fərmanı məhz bu problemli kreditlərlə bağlı olsun. Xahiş edərdik ki, ölkə başçısı bu problemin ciddiliyini nəzərə alıb, məslənin tənzimləyən bir fərman imzalasın”.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.