NURƏDDİN XOCANI BELƏ QORXAQ BİLMƏZDİM

18-02-2019, 20:42           
NURƏDDİN XOCANI BELƏ QORXAQ BİLMƏZDİM
Qarabağın hər istiqamətində vuruşan "Boz Qurd" batalyonunun komandiri Nurəddin Xocanı məhkəməyə çəkiblər, rəhbərlik etdiyi «Tərəf.info» saytında iki yazıya görə. Deyəsən, bu yazıları kimlərsə oxuyub ürəkləri ağrıyıb, onların səhhətinə pis təsir edib və sair və ilaxır, həbs oluna bilər. O da çörəyi qırıq-qırıq edib and içir ki, mən o yazıları bir qəzetdən və bir saytdan götürmüşəm və onlara istinad etmişəm. Niyə onlara heç kim heç nə demir, amma məni dara çəkirlər?

Nurəddin Xoca Qarabağ savaşında əvvəldən- axıra qədər könüllü olaraq vuruşub, dəfələrlə yaralanıb, amma sağalan kimi də axsaya-axsaya döyüş meydanına qayıdıb. Həmin vaxt Ağdərə azad olunanda da öz əsgərləri ilə birlikdə qəhrəmanlıq göstərənlərdən biri olub. Bəxti gətirməyib, neçə dəfə yaralansa da ölməyib. Yoxsa, indi Şəhidlər Xiyabanına üstünə gül daşıyırdıq. Sabah savaş başlasa yenə yaşına və əlilliyinə baxmayaraq, döyüş meydanında öndə olacaq. Çünki Allah onu belə yaradıb.

Ay Nurəddin Xoca, 26 ildi nəfə yaşayırsan, indi nə istəyirsən ey? Erməni tankından, gülləsindən qorxmadın , məhkəmədən qorxursan? Onsuz da yorğun adamsan, get bir iki-üç il də həbsxanada istirahət elə də. Onsuz da maaşın doyunca yemək-içməyə də çatmır. Get, orda doyunca ye-iç, özü də müftə.
Aqil Abbas












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.