Ledi Qaqaya ''Oskar'' verilib

25-02-2019, 14:04           
Ledi Qaqaya ''Oskar'' verilib
Amerika kinomatoqrafçıları 2018-ci ilin ən yaxşı filmlərini seçiblər

Amerika Kinomatoqrafçılar Akademiyasının fikrincə, 2018-ci ilin ən yaxşı filmi rejissor Piter Farellinin çəkdiyi “Yaşıl kitab” olub.

Qaliblər Los-Ancelesdə hər il keçirilən “Oskar” mükafatının təqdimedilməsi mərasimində elan olunublar.

Ən yaxşı rejissor isə Alfonso Kuaron seçilib. O, bu mükafata “Roma” filminə görə layiq görülüb.

“Roma” filmi həmçinin, xarici dildə çəkilmiş (Meksika) ən yaxşı film nominasiyasının da qalibi olub.

Ən yaxşı kişi aktyoru üçün “Oskar” “Bohemiya rapsodiyası” filmində Fred Merkurinin obrazını canlandıran Rami Malekə, ən yaxşı qadın aktyoru mükafatı isə “Favoritka” filmində çəkilən Oliviya Kolmana verilib.

Animasiya filmləri üçün mükafat “Hörümçək insan: Kainatdan keçən” filminə, qısametrajlı animasiyalarda isə “Bao” filminə verilib.

Vizual effektlər nominasiyasının qalibi “Ayda insan” filmi olub. Sənədli filmlər arasında “Oskar” isə “Təkbaşına sərbəst qalxmaq” filminə verilib.

2018-ci il üçün filmlərə musiqi bəstələyənlər arasında “Oskar” “Qara bəbir” filminə görə bəstəkar Lüdviq Yoransona təqdim edilib.

Ledi Qaqa isə “Ulduz anadan olub” filmindəki ifasına görə “Oskar” alıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.