Meyit donordan bu orqanlar köçürülə bilər – SİYAHI

14-03-2019, 12:07           
Meyit donordan bu orqanlar köçürülə bilər – SİYAHI
Azərbaycanda transplantasiya obyekti olan orqan və toxumaların siyahısı dəqiqləşdirilib.

“Report” xəbər verir ki, bu, yeni hazırlanan “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 6-cı (Transplantasiya obyekti olan orqan və toxumaların siyahısı) maddəsinə əsasən, meyit donordan transplantasiya məqsədi ilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələr və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və toxumalar götürülə bilər.

Canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.

Azərbaycanda ksenotransplantasiya (İnsan orqanlarının heyvana, yaxud heyvan orqanlarının insana köçürülməsi) elmi-tədqiqat işləri istisna olmaqla, qadağandır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.