“Əli İnsanov 14 il ərzində nə qızı, nə də həyat yoldaşı ilə görüşüb” – VƏKİL

17-03-2019, 09:11           
“Əli İnsanov 14 il ərzində nə qızı, nə də həyat yoldaşı ilə görüşüb” – VƏKİL
“Əli İnsanov həbsdə olduğu 14 il ərzində bir dəfə olsun ailə üzvlərinə zəng vurmayıb, onlarla telefonla danışmayıb”.Teref.az xəbər verir ki, bunu keçmiş səhiyyə nazirinin vəkili Toğrul Bağırov virtualaz.org-a açıqlamasında belə deyib.

Vəkilin sözlərinə görə, Əli İnsanovun ailə üzvləri-qızı, oğlu və həyat yoldaşı Bakıda yaşayır. Onlar keçmiş nazirin əfv olunduğu haqda xəbəri KİV-lərdən eşidiblər.

“Bu illər ərzində o nə qızı, nə də həyat yoldaşı ilə görüşüb və bir dəfə də olsun onlarla danışmayıb. Onun xarakteri belədir. Sərtdir. O, telefonla danışmağı xoşlamır”-vəkil qısaca deyib. Və prezidentin əfv sərəncamından sevincini gizlətməyib.

Bəs Ə.İnsanov uzun müddətli həbsdən sonra azadlığa buraxılması üçün hakimiyyətə müraciət etmişdimi? Vəkil bu suala belə cavab verib:

“Bu dəfə gözləntilər güclü idi. Mən KİV-lərdə dərc edilən yazılar barədə ona danışırdım. Hərçənd özü tezliklə azadlığa çıxacaq və yəqin ki, özü bütün bunlar haqda sizə danışacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.