Bu, Reklam Agentliyinin pul qoparmaq tələsidir - EKSPERT

17-03-2019, 09:34           
Bu, Reklam Agentliyinin pul qoparmaq tələsidir - EKSPERT
"Reklam Agentliyi şəhərdə yerləşən lövhələri sökməklə öz gücünü, nüfuzunu göstərməyə çalışır ki, bunu görən kommersiya qurumları onunla sövdələşməyə getsin”

Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) son zamanlar reklam yerləşdirmək üçün quraşdırılan lövhələri sökməsinə münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:


"Azərbaycanda bu məsələyə köklü şəkildə yenidən baxmaq lazımdır. Çünki dünyanın hər yerində küçə reklamı ilə bələdiyyələr məşğul olur. Bununla da bələdiyyələr reklam vergisi ilə büdcələrinə əlavə vəsait qazanırlar. Xaricdə hansısa dövlət qurumu belə işlərə baş vurmur. Azərbaycanda isə həmin işin dövlət agentliyinə həvalə edilməsi kökündən səhv addım idi. Belədə reklam sahəsində inhisarçı qurum yaradılır. Nəticədə həmin inhisarçı qurum da istədiyi addımları atmaqda sərbəst olur. Bu doğru yanaşma deyil. Ya onların birbaşa müdaxiləsinin qarşısını almaq üçün Reklam Agentliyinin əsasnaməsində dəyişiklik olmalı, ya da məsələyə yenidən baxılmaqla, agentliyin reklam strategiyasının müəyyənləşdirilməsində beyin mərkəzi kimi qalmasına şərait yaradılmalıdır. Amma reklam vergisi bələdiyyələrə həvalə edilməlidir. Bu mənada Reklam Agentliyi şəhərin müxtəlif yerlərində lövhələri sökməklə böyük ehtimalla öz gücünü göstərməyə çalışır. Azərbaycanda həmişə belə olub. Hər hansı bir dövlət qurumu öz güc və nüfuzunu göstərmək üçün tez-tez belə addımlar atır. Reklam Agentliyi də görünür bu yolu tutub. Bunu görən kommersiya qurumları da agentliyin təzyiqindən qurtulmaq üçün onlarla sövdəyə getməyə məcbur olur, buna cəhd edirlər”.



Qeyd edək ki, Azərbaycan Dövlət Reklam Agentliyi tez-tez şəhərin müxtəlif yerlərində reklamlar üçün qoyulan lövhələri sökməklə məşğuldur. Xüsusən də onlarmüxtəlif satış mərkəzlərinin qarşısında qoyulan lövhələri sökürlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.