Sərnişin təyyarələri ilə bağlı yeni dönəm: 9 saatlıq uçuş 29 dəqiqəyə başa gələcək

22-03-2019, 20:34           
Sərnişin təyyarələri ilə bağlı yeni dönəm: 9 saatlıq uçuş 29 dəqiqəyə başa gələcək
Dünya mətbuatında belə bir məlumat yayılıb: artıq Londondan Nyu-Yorka 9 saatlıq uçuşu yeni icad edilən raket ilə 29 dəqiqəyə yerinə yetirmək mümkün olacaq.

Bəs bu necə olacaq?
"Tesla” və "SpaceX”in yaradıcısı olan Elon Musk yeni bir çılğın layihəyə ilə ortalığa gəlir. Onun layihəsi əsasında hazırlanan raketlə Yerin cazibə qüvvəsinin olmadığı ortamda səyahət etmək mümkün olacaq. Bu raket təyyarələrlə müqayisədə dəfələrlə daha tez ünvana çatacaq. Həmin raket "Straship” adlanır və Elon bu raketi əsasən qitələr arasındakı uçuşlarda istifadə edilə biləcəyini deyib.

Sərnişin təyyarələrindən söz düşmüşkən, mütəxəssislər 19:00-a olan uçuş biletlərini almamağı tövsiyə edir. Bəs bu saatda bilet alarkən nəyi itiririk?

Mütəxəssislər qeyd edir ki, ən ucuz bileti əsasən yanvar ayında almaq mümkündür. Həftənin günlərinə gəldikdə isə, ən sərfəli vaxtın bazar günü, ən sərfəli zaman isə 05:00 olduğu bildirilir.

Təyyarədə uçuş zamanı sərnişinlərə paylanan qulaqcıqlarla da bağlı bəzi bilmədiklərimiz var. Məlum olduğu kimi bu qulaqcıqlar cüt girişlidir. Bunun səbəbini isə çox az adam bilir. Uçuş qaydalarına əsasən təyyarə havaya qalxmazdan öncə fövqəladə halda sərnişinlərin nə edəcəyi barədə onlara məlumat verilir. Bu məlumatlar sərnişinlərin qarşısındakı ekranlarda bildirilir. Anons verilərkən səsin digər əyləncəli video və musiqi səsləri ilə qarışmaması üçün qulaqcığın ikinci girişindən istifadə olunur. Əvvəllər isə bu cür sistem olmadığından bəzən sərnişinlərin dinlədiyi musiqi və ya videoların səsləri anonsun səsi bir-birinə qarışırdı.

Pis hava zamanı təyyarənin üzərinə dəfələrlə şimşək çaxır, amma bunu sərnişinlər hiss etmir.

Daha bir ilginc məlumat: heç vaxt uçuş zamanı iki pilotun yeməyi eyni olmur. Səbəb, gözlənilmədən pilotların biri yeməkdən zəhərlənərsə, onu digəri əvəz edə bilməsi ilə bağlıdır. Məsələn, əgər pilotladan biri toyuq yeməyi qəbul edirsə, digəri kotlet yeyir.

Bəlkə də bəziləri bilmir, təyyarələrdəki bağlı tualetlərin qapısını çöl tərəfdən də açmaq mümkündür. Bəziləri elə düşünür ki, tualetin suyu təyyarə havada olarkən buraxılır. Lakin belə deyil, təyyarə yerə eniş etdikdən sonra xüsusi maşın gəlib tualetin suyunu boşaldır.

Bir qədər də oksigen maskaları haqda. Əslində bu maskalar sadəcə 15-20 dəqiqəlik ehtiyacı qarşılaya bilir. Daha bir ilginc fakt təyyarələrdəki hava ilə bağlıdır. Araşdırmalar onu göstərib ki, təyyarələrin içərisindəki hava ən təmiz havadır. (musavat.com)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.