Konsulumuz Türkiyədə şantaj edilir? – işə Türkiyə prokurorluğu qarışdı – Fotofakt

23-03-2019, 20:06           
Konsulumuz Türkiyədə şantaj edilir? – işə Türkiyə prokurorluğu qarışdı – Fotofakt
Azərbaycan dövlətinin Türkiyənin Qars şəhərindəki Baş Konsulu Nuru Quliyev Əsassiz Erməni İddiaları ilə Mücadilə Dərnəyinin (ASİMDER) rəhbəri, Azərbaycan cəmiyyətinə adı yaxşı tanış olan Göksəl Gülbəylə bağlı İğdır prokurorluğuna rəsmi şikayət edib. Azinforum.az-ın əldə etdiyi sənədlərdən görünür ki, Baş Konsul şikayətində Göksəl Gülbəy tərəfindən FETÖ adı ilə şantaj edildiyini bildirir. Şikayətin məzmunundan aydın olurb ki, ASİMDER rəhbəri konsulluğun İğdırdakı nümayəndəsinə hansısa şəkili göstərərək, Nuru Quliyevi təhdid edib. Buna görə də, Nuru Quliyev prokurorluğa müraciət etmək məcburiyyətində qalıb. Azinforum.az məsələyə aydınlıq gətirmək üçün Göksəl Gülbəylə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında Konsul tərəfindən barəsində şikayət edildiyini təsdiqləyib, ancaq şikayətdəki detalları tam əsasiz sayıb.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.