İlham Əliyevlə Nikol Paşinyan Vyanada görüşəcək

26-03-2019, 07:58           
İlham Əliyevlə Nikol Paşinyan Vyanada görüşəcək
Martın 29-da Avstriya prezidenti Aleksander Van der Bellen Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinianla ayrı-ayrılıqda görüşəcək. Bu haqda Avstriya prezidentinin mətbuat xidməti məlumat verir.
Bundan öncə ATƏT-in Minsk qrupunun həmsədrləri iki liderin danışıqlarının təşkili üzrə işlədiklərini deyirdilər. Hələlik, rəsmi Yerevan və Bakı Vyanada ikitərəfli danışıqların keçiriləcəyini açıqlamayıblar.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Azadlıq Radiosu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.