Nəqliyyat Nazirliyimizin "görmədiyi" istedadı Sabançı universiteti gördü- Azərbaycanın sahib çıxmadığı fenomen Türkiyəni seçdi - VİDEO

19-04-2019, 15:54           
Nəqliyyat Nazirliyimizin "görmədiyi" istedadı Sabançı universiteti gördü- Azərbaycanın sahib çıxmadığı fenomen Türkiyəni seçdi - VİDEO
Xəbər verdiyimiz kimi, 17 yaşlı azərbaycanlı Türkiyənin Sabancı Universitetinə qəbul olub. Maraqlısı odur ki, 17 yaşlı Yasin Quliyev 56 min dollar təqaüd alacaq.

BAKU.WS xəbər verir ki, Quliyev Yasin Yalçın oğlu dünyanın bir çox unveristetlərini – Massaçusets Boston, İllinoys Ştatı, Şimali Florida Universitetini qazansa da Sabancı Universitetini seçib və həmyerlimiz “Kompüter mühəndisliyi” ixtisası üzrə təhsil alacaq.

Yasin Quliyev Azərbaycanda keçirilən "Məktəblilərarası II robot Olimpiadası"nda "Hardware Control" kateqoriyası üzrə I yerin qalibidir. Bir müddət öncə dövlət tərəfindən heç bir maddi dəstək göstərilmədiyindən Yasin Meksikada keçirilən beynəlxalq yarışa getməkdə çətinlik çəkmişdi.

Yasin Quliyevin hazırladığı robot digərlərindən texnoloji cəhətdən xeyli yüksək olduğundan I yerə layiq görülüb. Onun hazırladığı robotla uzaqdan uşaq meydançalarını, küçələri təmizləmək mümkündür. Yasinin bu layihəsi 2018-ci ilin 15-18 avqust tarixlərində Meksikada keçiriləcək "First Global" beynəlxalq robot-texnika yarışında nümayiş etdirilməli idi. Lakin dövlət tərəfindən heç bir maddi dəstək göstərilmədi.

Yasin Quliyevin yarışda iştirakı üçün maddi dəstək göstərilməsi xahişi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə edilən müraciətə "maliyyə vəsaitinin ayrılması nazirliyin imkanı xaricindədir" cavabı verilmişdi.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.