"Erməni soyqırımı"nı tanıyan deputat oğlu, məşhur KVN-çi Bakıda nə işlə məşğuldur? - FOTOFAKT

24-04-2019, 17:17           
"Erməni soyqırımı"nı tanıyan deputat oğlu, məşhur KVN-çi Bakıda nə işlə məşğuldur? - FOTOFAKT
Xatırlayırsınızsa, 4 il əvvəl - 2015-ci ilin 24 aprel tarixində "Parni iz Baku" KVN ("Şən və Hazırcavablar Klubu") komandasının aparıcı üzvlərindən biri Cavid İmamverdiyev azərbaycanlıları "erməni soyqırımını" tanımağa, ermənilərə başsağlığı verməyə və tövbə etməyə çağırıb.

Yeniavaz.com xəbər verir ki, KVN komandasının keçmiş iştirakçısı Cavid İmamvediyev bu sözləri erməni əsilli rusiyalı teleaparıcı Tina Kandelakin "Facebook"dakı statusuna yazdığı rəydə qeyd edib.
Məlumat üçün xatırladaq ki, sabiq millət vəkili, Milli Elmlər Akademiyasının müxbir üzvü, YAP-ın qurucularından olan məşhur “91-lər”dən biri - Südeyf İmamverdiyevin oğlu olan Cavid İmamvediyevin yazdığı rəy belə olub:

"Təsadüfən bu müzakirələrlə qarşılaşdım və ermənilərin azərbaycanlıları, azərbaycanlıların isə erməniləri necə həvəslə təhqir etməsindən dəhşətə gəldim. Uşaqlar, bəlkə daha bəsdir? Bəli, etiraf etmək lazımdır ki, Türkiyədə soyqırımı olub, Xocalı və Sumqayıt və tariximizin digər dəhşətli məqamları olub. Bütün bunları etiraf etmək, başsağlığı vermək və tövbə etmək lazımdır. Biz qədimdən qonşuluqda yaşayırıq, bəzi dostlarımızın damarlarından həm azərbaycanlı, həm də erməni qanı axır. Ermənistan və Azərbaycandan kənarda əvvəlki kimi birlikdə biznes qururlar. Uşaqları nifrətə öyrətmək lazım deyil. Yenidən əsrlərlə yaşadığımız kimi yaşamağa cəhd göstərmək lazımdır. Sülh və razılıq dünyasında".

Qeyd edək ki, keçmiş KVN-çi Cavid İmamverdiyev bu açıqlamanı yazdığı zaman Azərbaycan mətbuatda ciddi şəkildə tənqid olunub. Erməni mətbuatı isə "Məşhur azərbaycanlı "erməni soyqırımı"nı tanıdı" başlıqlı xəbərləri tirajlayıblar.
Daha sonra uzun müddət mətbuatdan uzaq olan Cavid İmamverdiyevdən ilk geniş müsahibəni ötən il KVN-nin daha bir məşhur üzvü Bəhram Bağırzada alıb və öz şəxsi bloquda yayımlayıb (https://qorod.blog/2018/07/19/djavid-imamverdiyev/).

Mətbuatda yer alan məlumatlardan belə görünür ki, Cavid İmamverdiyev hazırda “Yaddaş” kinostudiyasının direktorudur. Bu kinostudiya Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan tarixi və etnoqrafiyası üzrə layihələrini icra edir.
Eyni zamanda Cavid İmamverdiyev yaxın günlərdə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram teatrında səhnəyə qoyulacaq "Milyonçu qadın" pyesinin videoinstalyasiyanın müəllifidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.