2015-ci ilin ilk rübü ərzində vəzifəli şəxslər 18 milyon 556 min manat mənimsəyiblər

22-04-2015, 11:10           
2015-ci ilin ilk rübü ərzində vəzifəli şəxslər 18 milyon 556 min manat mənimsəyiblər
“2015-ci ilin ilk rübü ərzində vəzifəli şəxslər qeyri-qanuni şəkildə 18 milyon 556 min manat mənimsəyiblər”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, ilin ilk rübü ərzində 48 vəzifəli şəxs barəsində 39 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib:

“2015-ci ilin ilk rübü ərzində vəzifəli şəxslər qeyri-qanuni şəkildə 18 milyon 556 min manat mənimsəyiblər. Bu məbləğin 5 milyon 894 min manatı və ya 31,7 faizinin ödənilməsi təmin edilib. Cinayət işləri üzrə vəzifəli şəxslərin 104,432 min manat dəyərində əmlakı üzərinə həbs qoyulub”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.