"Avropa İttifaqı ilə imzalanacaq Saziş Qarabağ münaqişəsinin həlli baxımından da mühümdür” - Ülvi Quliyev

11-05-2019, 17:26           
"Avropa İttifaqı ilə imzalanacaq Saziş Qarabağ münaqişəsinin həlli baxımından da mühümdür” - Ülvi Quliyev
“Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdən Avropa İttifaqı (Aİ) ilə müxtəlif sahələrdə sıx əməkdaşlıq edib və bu əməkdaşlıq dinamik şəkildə inkişaf edib. Bu müddət ərzində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, genişləndirilməsi istiqamətində Azərbaycanla Aİ arasında müxtəlif sazişlər və sənədlər imzalanıb. İkitərəfli əməkdaşlığa yeni təkan vermək məqsədi ilə 2017-ci ilin fevral ayından etibarən Aİ və Azərbaycan yeni sazişə dair danışıqlara başlanılıb və hazırda bu sənəd üzərində işlər yekunlaşmaq üzrədir”.
Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Avropanın enerji təhlükəsiziliyində müstəsna rol oynayan bir ölkə olduğundan, Aİ bizim ölkəyə bir etibarlı tərəfdaş ölkə kimi baxır və əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır:

“İkitərəfli sazişin hazırlanması da məhz bu zərurətdən doğub. Aİ Azərbaycanla daha sıx və geniş spektrdə əməkdaşlıq etmək niyyətini ortaya qoyduğundan belə bir saziş hazırlanıb və üzərində iş gedir. Sazişdə Azərbaycanla Aİ arasında çoxşaxəli əməkdaşlıq format öz əksini tapıb. Bildyiniz kimi Azərbaycanla enerji sahəsində sənəd mövcuddur, nəqliyyat sahəsndə əlaqələrin inkişaf etdirilməsi sahəsində ciddi işlər gedir. Ancaq bu sənəddə digər sahələrdə- iqtisadi, ticari, nəqliyyat, yükdaşıma, humanitar sahədə çoxşaxəli əməkdaşlıq məsələləri öz əksini tapıb. Sazişin imzalanması ikitərəli əlaqələrin yeni mərhələyə qədəm qoyması və daha da dərinləşdirilməsi, Azərbaycanın Avropa bazarına çıxması baxımından mühüm əhəmiyyət kəsb edir. Sənəd eyni zamanda Aİ üçün də əhəmiyyət kəsb edir. Saziş imzalandıqdan sonra Azərbaycan və Aİ münasibətlərin fundamental bazasını möhkəmləndirmək üçün əsl strateji tərəfdaşlar kimi bütün məsələləri açıq dialoq formatında uğurla davam etdirəcəklər. Bu yeni saziş gələcək illərdə Azərbaycan və Aİ arasında münasibətlər üçün yeni siyasi mərhələ və hüquqi əsas olacaq”.

Komitə sədri əlavə edib ki, sazişdə Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üçün zəmanətlər, Azərbaycan vətəndaşlarının bu məkanla təmaslarının asanlaşdırılması, Azərbaycanın işğal olunmuş ərazilərinin Aİ və bu quruma daxil olan bütün ölkələr tərəfindən birmənalı şəkildə tanınması və münaqişənin həllində dəstəyinin ifadə olunması kimi müddəalar da öz əksini tapıb:
“Bu sənəd Azərbaycanla Avropa İttifaqı arasında daha geniş, hərtərəfli münasibətləri nəzərdə tutur və uzaq perspektivə hədəflənib. Bu saziş Azərbaycana gələcəkdə iqtisadiyyatın, turizmin, ticarətin, investisiyaların şaxələndirilməsində kömək edəcək. Bu, Avropa İttifaqı vətəndaşlarına Azərbaycanı kəşf etmək, ölkənin üstünlüklərini anlamaq, münasibətləri inkişaf etdirmək imkanı da verəcəkdir”.

Sənədin Qarabağ münaqişəsinin həlli baxımından da mühüm əhəmiyyət kəsb etdiyni qeyd edən Ü.Quliyev bildirib ki, sənəddə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ərazi bütövlüyü çərçivəsində həllinin qeyd olunması Azərbaycanın növbəti nailiyyəti, Ermənistan diplomatiyasının isə məğlubiyyəti kimi dəyərləndirmək olar.

Komitə sədri onu da əlavə edib ki, belə bir mühüm sənədin hazırlanması təbii olaraq Azərbaycanı sevməyən, onun inkişafını gözü götürməyən qüvvələri narahat edir və müxtəlif vasitələrlə bu inkişafıa kölgə salıb, mane olmağa çalışırlar:

“Ancaq heç bir qüvvə Azərbaycanın tutduğu inkişaf yolundan döndərə bilməz. Hələ 1990-cı illərdən Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirib, onun həyata keçirən zaman, neft müqavilələri, bölgədə iri enerji, iqtisadi layihələr reallaşdırılan zaman ölkəmizə qarşı belə cəhdlər olub. Lakin Ulu Öndər H.Əliyevin siyasi iradəsi, uzaqgörən və müdrik siyasəti nəticəsində bunların qarşısı alınıb. Ulu Öndər tərəfindən bünövrəsi qoyulan bu siyasət, onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğrula davam etdirilir. Prezident İlham Əliyevin uzaqgörən, cəsarətli, milli maraqlara və Azərbaycanın inkişafına xidmət edən bu siyasəti nəticəsində son 16 ildə ölkəmiz daha da inkişaf edib və ciddi uğurlara imza atıb.Bu müddət ərzində Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrin reallaşdırılmasına mane olan qüvvələr olsa da, onun müdrik və uzaqgörən, cəsarətli siyasəti nəticəsində bütün bu maneələr aşılıb. Nəticədə Azərbaycanın gələcək inkişafına xidmət edən iri layihələr realalşıb. Azərbaycanın davamlı inkişafına, sabitliyinə, suverenliyinin, təhlükəsizlinyin təmin olunmasına xidmət edəcək siyasət bundan sonra da uğurla davam etdiriləcək. Bunun isə safdə bir səbəbi var. Bu da xalqın Prezident İlham Əliyevə olan inamıdır. Bu inam istənilən maneəni aşmağa və qarşıda duran hədəflərə çatmağa imkan verir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.