Prezidentin Brüssel səfəri: ən önəmli məqamlar - TƏHLİL

18-05-2019, 09:33           
Prezidentin Brüssel səfəri: ən önəmli məqamlar - TƏHLİL
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət yalnız Azərbaycanın milli maraqlarına, ölkəmizin mövqelərinin möhkəmlənməsinə xidmət edir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Musa Quliyev Prezident İlham Əliyevin Brüssel səfərini şərh edərkən deyib. O bildirib ki, Prezidentin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın dünyada rolu gün keçdikcə artır:

“Prezidentin Brüssel səfəri, Şərq Tərəfdaşlığının 10 illiyi ilə əlaqədar sammitdə iştirak etməsi və nümayəndə heyətinin orada göstərdiyi mövqe bütün ictimaiyyətimiz tərəfindən yüksək qiymətləndirildi. Sammitdə əsas məqsəd Azərbaycanın ərazi bütövlüyü məsələsini gündəmə gətirmək və mövqeyimizi qorumaq idi ki, bu da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildi. Prezidentin orada keçirdiyi görüşlər Azərbaycanla Aİ arasında tərəfdaşlığın möhkəmlənməsi baxımdan mühüm əhəmiyyət kəsb edir. Görüşlərdə bir sıra sahələr üzrə əməkdaşlıq prioritetləri təkrar müzakirə olundu”.

Millət vəkili Prezidentin Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla görüşünün əhəmiyyətindən də danışıb:

“Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Azərbaycan Prezidenti ilə görüşü zamanı ölkəmizi Aİ-nin etibarlı, məsuliyyətli tərəfdaşı kimi qiymətləndirməsi və Azərbaycanın regionda oynadığı rolun bu təşkilat tərəfindən müsbət qarşılandığını vurğulaması bir daha Azərbaycanın regional əhəmiyyətli ölkə olmasını göstərir. Bu görüşün ən böyük əhəmiyyəti ondadır ki, Avropa diplomatiyası, siyasəti Azərbaycanı etibarlı tərəfdaş kimi bir daha tanıdı və qiymətləndirdi. Hesab edirəm ki, bundan sonrakı əlaqələrdə bu görüşün çox əhəmiyyətli rolu olacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev və Azərbaycanın nümayəndə heyəti mayın 13-də Brüsseldə Şərq Tərəfdaşlığının 10 illiyinə həsr edilmiş görüşdə iştirak edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.