Mehman Hüseynov Cenevrədə nazir Oqtay Şirəliyevə təxribat qurub - FOTO

21-05-2019, 17:47           
Mehman Hüseynov Cenevrədə nazir Oqtay Şirəliyevə təxribat qurub - FOTO
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov səhiyyə naziri Oqtay Şirəliyevin bloger Mehman Hüseynovla sosial şəbəkələrdə yayılmış fotoşəkli ilə bağlı şərh verib.

Xatırladaq ki, daha öncə Mehman Hüseynov özünün “Facebook” səhifəsində Cenevrənin hava limanında səhiyyə naziri Oqtay Şirəliyevlə çəkdirdiyi fotoşəkli paylaşıb. Bloger iddia edib ki, nazir guya İsveçrəyə müalicəyə gəlib.

Virtualaz.org-un əməkdaşı ilə söhbətində Pərviz Abubəkirov qeyd edib ki, bu məlumat həqiqəti əks etdirmir. Onun sözlərinə görə, Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının iclasına yollanıb.

“Nazir blogeri üzdən tanımır. Ona bir gənc yaxınlaşıb, özünü azərbaycanlı kimi təqdim edib və birlikdə şəkil çəkdirmək istədiyini deyib. Təbii ki, nazir gənc həmvətəninin xahişinə rədd cavabı verməyib”, - Pərviz Abubəkirov deyib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.