Şəhidlik, Ölümün ölümsüzlük zirvəsi.

16-06-2019, 09:07           
Şəhidlik, Ölümün ölümsüzlük zirvəsi.
İnsanlığın baş əydiyi ən ali məqam. Bir evdə doğulub milyonların övladı olanlar... Onların əzəməti və rəşadəti qarşısında dilə gəlib danışa bilsəydi sözlər də baş əyərdi.
Bu sevginin gücünü ifadə etməyə söz tapa bilmirəm. Bəlkə bu əzəmətin böyüklüyünü tərənnüm etmək üçün hər hansı bir yeni söz yaranarsa , içimdəkini olduğu kimi fadə edə bilərəm...
Bu müqəddəsliyə olan borcun çox cüzi bir hissəsini ifadə etmək , Şəhidlərimizi yaşatmaq üçün Elman Kərbəlay Agamaliyevlə birlikdə sənədli filmlər çəkmək qərarına gəldik. Gecə yatmadan fikirləşdik , gündüz dincəlmədən düşündük. Və bunu etməyi bir insanlıq borcu hesab etdik. Bu sevgi Vətən adlı məmləkətin gücünün əzəmətindən irəli gəlirdi. Filmimizdə bir hərbçimizin dediyi kimi : " Vətən hissi elə bir hissdir ki , insanı manqurtlaşdırır.. " Həqiqətən də bu belədir. Bu sevginin əzəmətindən başqa heç nə fikirləşə bilmirsən.. Elə Şəhidlərimiz də bu sevgidən güclü bir sevgi fikirləşə bilməyərək , bu yolda ölümü də şərəf hesab etdilər. " Vətənə oğul olanlar " dır növbəti filmimizin adı..Xalqımızın qəhrəmanlıq salnaməsini yaşadanlara - Aprel Şəhidlərindən Şəhid Əlizaman İslamova ithaf olunub. Evin yeganə övladı , ananın tək ümid və pənahı. Söykənə biləcəyi dayaq yeri... Amma buna baxmayaraq Əlizaman Vətən darda olduqda bir ananın övladı olmaqdan çıxıb , vətənə övlad oldu...
Çəkilişlər zamanı onun haqqında söylənilən xatirələr , dostların və qohumların göz yaşları içində qürur və fərəh hissləri bizi daha əzmkar olmağa və filmdə elə onun özü boyda bir dünyasını işıqlandırmağa sövq edirdi. Bilmirəm nə dərəcədə alındıra bildik , nə dərəcədə ifadə etdik bilmirəm , bunu filmi izləyən tamaşaçılar daha dəqiq deyər .Amma , bir onu bilirəm ki , bu bizim içimizin ifadəsi idi. Bu yolda elə onun özünün müqəddəs ruhu köməkçimiz oldu. Qaranlıqda işıq olmağı , işıqda şölə salmağı ilə ... Çəkilən kadrların hər epizodunda sən yanımızda idin qəhrəmanım. Nur qoxulum , sən bapbalaca ürəyində bu böyüklükdə Vətən sevgisini necə yerləşdirmişdin ? Bu seginin şöləsini yolumuza necə saçdırdın , əbədiyaşayanım ? İçimdə olan bu suallara yəqin ki , sənin zirvənin ucalığını tam dərk edərkən taparam. İndi isə , halal et igidim , sənin sevginin gücünü özümüz düşündüyümüz kimi , fikirləşdiyimiz kimi verdiyimiz üçün. Halal et , kiçik yaşınla əbədiyaşarlıq qazanmağının içimizdəki kimi ifadəsi üçün. Halal ət...
Filmdə bədii hissələri qiraət formasında , səsinin ecazkar təlatümünə qərq edən Müşfiqə Baləddinqızına , şeirləri səsləndirilmiş istedadlı söz yazarları - Xəyalə Sevilə , ElcinMəmmədova və ElməddinMətləbə öz təşəkkürümüzü bildiririk.
Göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə , Ə. İslamov un təhsil aldığı 75 saylı məktəbin və 13 saylı peşə litseyinin kollektivinə , Lənkəran rayon Cil kənd orta məktəbinə öz təşəkkürümüzü bildiririk. Texnixi dəstəyə görə hər zaman arxalandığımız Hacı Rövşən Əhmədliyə çox sağolun deyirik.
Şəhidlərimizin müqəddəs adını tutaraq , yolumuza davam ...
Mehriban Sadıqova
Teref.az




шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.