Növbəti sosial evlər satışa çıxarılacaq - TARİX AÇIQLANDI

18-06-2019, 15:52           
Növbəti sosial evlər satışa çıxarılacaq - TARİX AÇIQLANDI
Növbəti “Güzəştli mənzil”lərin tikinti işləri davam edir.

Teref.az xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Xəzər sahilindən cəmi 2 kilometr məsafədə, ekoloji cəhətdən təmiz və yaşayış üçün rahat bir məkanda yerləşən Hövsan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir.

Belə ki, gələn ilin birinci yarısında mənzillərin vətəndaşlara təklif edilməsi planlaşdırılır. 11 çoxmənzilli yaşayış binasından ibarət olan Hövsan Yaşayış Kompleksi 2962 ailəni mənzillə təmin edəcək. /Lent.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.