Bağlıdı çimərliyin qapısı üzümüzə - REPORTAJ

19-06-2019, 10:58           
Bağlıdı çimərliyin qapısı üzümüzə - REPORTAJ
Yay mövsümü gəldiyindən insanlar istirahət etmək üçün çimərliklərə üz tuturlar. Aparılan araşdırmalara görə insanların istirahəti üçün məsləhət görülən çimərliklərdən biri də Pirşağı çimərliyidir.

Bu dəfə biz də Moderator.az saytı olaraq çimərlikdəki vəziyyəti öyrənmək üçün Pirşağıya yollandıq. Pirşağı çimərliyinin bir tərəfi kimlərsə tərəfindən hasara alınıb, amma digər tərəfi isə açıqdır. Hasara alınan əraziyə avtomobillə girmək üçün 1 manat ödəniş edirsən. Təbii ki, bu da Bakıda parkların ətrafındakı dayanacaqlardakı kimi rüşvətdir və kimlərinsə cibinə gedir. Dəmir varata zəncirlə bağlanıb və yalnız obyekt sahibinə müraciət etdikdən sonra qapını üzünə açırlar. Ona görə də bu əraziyə üz tutan vətəndaşların sayı azdır. Daha çox çimərliyin hasara alınmayan hissəsinə insanlar üz tutur.

Çimərliyin yaxınlığında yerli sakinlərlə yanaşı, məcburi köçkünlər də yaşayır. Elə söhbət zamanı Xocalı sakini Mamed İsmayılov deyir ki, burdakı kafelərin xidmətindən çox az adam yararlanır. İnsanlar əsasən özləriylə qidalar gətirib burda istirahət edirlər.

Dənizin sahilində tikilən kabinetlərin bir günlük icarəsi 5 manatdır. Duş 1 manat, qarderob isə 20 qəbikdir ki, burda da paltarını dəyişə bilərsən. Çaynik çayı 3 manat, samovar çayı isə 5 manatdır. Çimərliyin ətrafındakı kafelərə də nəzər yetirdik və məlum oldu ki, bu kafelərdə ailəylə oturmaq müşkül məsələdi, çünki hərə öz məşuqəsiylə burda eyş-işrət məclisi açıb.

Ərzidə hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək Tibb məntəqəsi fəaliyyət göstərir. Tibb işşiləri bildirdi ki, halı pisləşənlər olsa da, hələ ki, çimərlikdə boğulma faktı qeydə alınmayıb. Amma indi çimərliyin başlanğıc ayıdır və əsasən iyul və avqust aylarında hadisələr qaçılmaz olur.

Çimərlik ətrafında Fövqəladə Hallar Nazirliyi tərəfindən təhlükəsizliyi təmin etmək üçün məlumatlandırıcı lövhələr də vurulub. Amma qalıb insanların öz məsuliyyətinə ki, bunlara riayət etsinlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.