Əli İnsanova salam göndərib... - Köhnə dosta vəfa borcu...

19-06-2019, 13:23           
Əli İnsanova salam göndərib... - Köhnə dosta vəfa borcu...
Səhiyyə Nazirinin müavini Elsevər Ağayevin zamanında keçmiş nazir Əli İnsanova "qarav kassa"lıq etdiyi, indi də eyni xidməti Oqtay Şirəliyevə göstərdiyi yerli KİV-də dəfələrlə yazılıb.

Yəni zamanında Elsevər Ağayev Əli İsnanova olduqca yaxın şəxs olmasına rəğmən sonradan eyni uğurla da keçmiş nazirdən imtina etmişdi. Amma bu arada DİA.AZ-a daxil olan informasiya maraqlı təəssürat yaradır.

Redaksiyamıza danışan mənbə iddia edir ki, bu günlərdə Elsevər Ağayev ortaq tanışlarının birinin vasitəsilə Əli İnsanova salam göndərməklə yanaşı, hər zaman qulluğunda dura biləcəyini də çatdırıb.

Təbii ki, köhnə dostlar arasında bu cür münasibətlər normal qarşılanır. Amma nəzərə aldıqda ki, Əli İnsanov bu gün Elsevər Ağayevin də təmsilçisi olduğu düşərgəyə qarşı açıq savaş elan etmiş bir fiqurdur, o zaman qeyd etdiyimiz dostluq ifadəsi müəyyən təxminlərə yol açır...

İddia olunanlarla bağlı hömrətli Elsevər müəllimin fikirlərini öyrənmək istəsək də, əlaqə qura bilmədik. Yenə də rəylərinə qapılarımız açıqdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.