Sabah Azərbaycanda yay fəsli başlayacaq

20-06-2019, 07:25           
Sabah Azərbaycanda yay fəsli başlayacaq
Sabah Azərbaycanda yay fəsli başlayacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Trend-ə bildirib ki, ölkəmizə yay fəsli iyunun 21-i saat 19:54-də daxil olacaq.

Sabah yay fəslinin daxil olması ilə yaz yekunlaşacaq. Xatırladaq ki, yaz fəsli ölkəmizə martın 21-i gecə saat 01:58-də daxil olmuşdu.

Qeyd edək ki, bu il sentyabrın 23-ü 11:50-də payız, dekabrın 22-si 08:19-da isə qış fəsli ölkəmizə qədəm qoyacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.