Deputatdan maksimum bal yığan qıza jest - “Atası fəhlə, anası evdar qadındır”

3-07-2019, 17:55           
Deputatdan maksimum bal yığan qıza jest - “Atası fəhlə, anası evdar qadındır”
Deputat Aydın Mirzəzadə ali məktəblərə keçirilən qəbul üzrə ikinci imtahanda maksimum bal toplayan Aysel Seydəhmədova ilə əlaqə saxlayıb.

“Qafqazinfo” xəbər verir ki, deputat qeyd edib ki, məzunun atası fəhlə, anası isə evdar qadındır:

“Onlar iki övlad böyüdürlər. İkinci övladları da məktəbdə əla qiymətlərlə oxuyur. Ayselə hədiyyə almaq istədiyimi bildirib öz arzusunu soruşdum.Onun istəyi ilə ailələrinə lazım olan bir hədiyyə alınıb təqdim ediləcək”.

Qeyd edək ki, A. Seydəhmədova Mingəçevir şəhər 8 saylı məktəbin məzunudur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.