İki nazirliyə yeni səlahiyyət verildi

4-07-2019, 00:31           
İki nazirliyə yeni səlahiyyət verildi
Çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada tədbirlərin görülməməsinə görə protokol tərtib edəcək qurumlar müəyyənləşib.
“Yeni Sabah” xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na dəyişiklik edilməsi barədə sərəncamında nəzərdə tutulub.

Sərəncama əsaasən, İnzibati Xətalar Məcəlləsinin 393-1.2 maddəsində nəzərə tutulan həmin inzibati xəta ilə bağlı protokol inzibati xətanı aşkar etmiş qurumlar - İqtisadiyyat Nazirliyi və Ədliyyə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən tərtib olunacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.