BDU-da ailə hakimiyyəti qurulur... - GƏLİŞMƏ

4-07-2019, 18:37           
BDU-da ailə hakimiyyəti qurulur... - GƏLİŞMƏ
Xəbər verdiyimiz kimi, ötən ayın əvvəlində Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Elçin Babayevin əmri ilə ali məktəbdə 2 yeni müşavirlik yaradılıb və həmin vəzifələrə təyinatlar olub. Bunlar rektorun Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşaviri və Ümumi məsələlər üzrə müşaviri vəzifələridir. Əliş Çoban oğlu Ağamirzəyev Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşavir, Fikrət Heydər oğlu Heydərov isə Ümumi məsələlər üzrə müşavir təyin edilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, keçmiş polis əməkdaşı olan Fikrət Heydərov rektor Elçin Babayevin yeznəsidir.

Elçin Babayev daha bir qohumunu - II həyat yoldaşının bacısı Ləman Hüseynbəylini isə özünə köməkçi təyin edib.

Məsələ ilə bağlı BDU-nun mətbuat xidməti sözügedən məlumatı nə təkzib, nə də təsdiq etməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.