Mehriban xanımın bu işdə böyük rolu var - Politoloq

9-07-2019, 09:22           
Mehriban xanımın bu işdə böyük rolu var - Politoloq
Şəki Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Azərbaycanın qədim tarixə və mədəniyyətə malik olduğunu sübut edir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Zaur Məmmədov Şəki Xan Sarayının və Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, bu əlamətdar hadisə Azərbaycanın dünyada nüfuzunun artdığının əyani şəkildə sübutudur:

“Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi, təbii ki, Azərbaycan xalqı üçün çox sevindirici hal oldu. Ölkəmizdə yaşayan hər kəs öz mədəniyyəti və tarixi ilə qürur duyur. Azərbaycanın tarixi və mədəniyyətinin UNESKO-nun siyahısında yer alması çox böyük önəm daşıyır. Vitse-prezident Mehriban Əliyevanın bu işdə çox böyük rolu var. Ümumiyyətlə, Azərbaycan rəhbərliyinin müasir dünyada və beynəlxalq münasibətlərdə apardığı siyasət ölkəmizə qarşı belə önəmli təşkilatlarda maraq yaradır. Bu da təbii ki, ölkənin beynəlxalq ictimaiyyətdə nüfuzunu artırır, tarixi və mədəniyyətini ölkə xaricində tanıdır”.

Qeyd edək ki, Şəki Xan Sarayı və Şəkinin tarixi mərkəzi UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.