Cahangir Hacıyevin Avropada yeni şirkətləri üzə çıxdı - FOTOFAKT

9-07-2019, 16:49           
Cahangir Hacıyevin Avropada yeni şirkətləri üzə çıxdı - FOTOFAKT
Teref.az yazır ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli Beynəlxalq Bankın hazırda həbsdə olan sabiq prezidenti Cahangir Hacıyevin Londondakı BERKELEY BUSINESS LIMITED şirkətinin sənədlərini yayıb. Beynəlxalq Bankın keçmiş prezidenti arvadı Zamirə Hacıyeva üçün "Gulfstream Aerospace” korporasiyasından 2013-ci ildə 42,5 milyon dollarlıq "Gulfstream G550" təyyarəsini bu şirkət üzərindən sifariş edib.

Müqaviləni BERKELEY BUSINESS LIMITED adından şirkətin hazırda Fransada yaşayan azərbaycanlı keçmiş direktoru Fərhad Rəhimov imzalayıb. O hazırda Fransada daşınmaz əmlak şirkətinin sahibidir.
"Cənab Rəhimovla bu müqavilə ilə bağlı əlaqə saxlamışam. Deyir ki, o sadəcə şirkətin icraçı direktoru kimi müqaviləyə imza atıb"-deyə jurnalist yazıb.
Müəllif sənədlərə istinadən yazır ki, "Gulfstream G550" təyyarəsinin sifarişi və pulun ödənişdən sonra, yəni 2016-cı ildə şirkətin 34.297.494 funt sterlinq (təxminən 75 milyon manat) aktivləri olub. Hacıyevlərin tək bir şirkətində rəsmi bəlli olanıdır bu məbləğ. "Bu oğurluqlardan uzun illər heç kimin "xəbəri olmayıb". Şirkəti hazırda Kostas NIKOLAOU adlı yunan Kiprinin vətəndaşı idarə edir. 2007-2010-cu illərdə şirkətin direktoru Azərbaycan Beynəlxalq Bankından iri məbləğdə kredit çıxarıb sonradan Londonda peyda olan Fransa vətəndaşı Xaqani Bəşirov, sonrakı illərdə Cahangir Hacıyevin ən yaxın adamlarından Dhirsingh JODHUN, Elmar Bağırzadə və Fərhad Rəhimov idarə edib".
Fərhad Rəhimov bir müddət Zamirə Hacıyevaya məxsus Mill Ride Golf Club-un direktoru vəzifəsini də icra edib. Zamirə Hacıyevaya məxsus MRGC 2013 LTD şirkəti (Qolf klubun idarəçiliyini həyata keçirir) hələ də aktivdir və hazırda icraçı direktoru rus əsilli İngiltərə vətəndaşı Marina POLIUKHOVA-dır.
"Yəni dəyirman öz işindədir... Kimlərsə də Cahangirdən, Zamirədən məzlum obrazı düzəltməyə çalışırlar" - C.Həsənli yazıb.
Teref.az






















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.