İsmayıllının yüksəlişini kimlər qəbul edə bilmir

12-07-2019, 07:59           
İsmayıllının yüksəlişini kimlər qəbul edə bilmir
Teref.az olaraq bir qrup İsmayıllı ziyalılarının etiraz məktubunu təqdim edirik:
Necə gündür İsmayıllı rayonu yenə "tənqidin" hədəfindədir. Lakin necə tənqid olunması bir az düşündürücüdür. Bir zamanlar "feyk" xəbər kimi dövrəyə buraxılmış və sonra məhkəmə çəkişməsinin predmeti olduğu üçün yığışdırılmış sübutsuz və ünvansız. Əslində yazının ruhuna və bəzi ştrixlərə diqqət yetirsək küləyin hardan əsdiyini başa düşmək olar. Əski korrupsiyaner və "qudurğan" məmur klanlarının əli açıq aydın görünür.
Baxın nə yazırlar:
"2013-cü ildə İsmayıllı üsyanının memarı keçmiş icra hakimi Nizami Ələkbərov yox, qardaşı Füzuli Ələkbərovun oğlu Vüqar idi. Onun içkili vəziyyətdə qəza törətməsi, taksi şoferini döyməsi və camaatı təhqir etməsi İsmayıllını ayağa qaldırmışdı."
Axı necə yanı başçı yox onun oğlu günahkardır?Bütün bunlar bəyəm başçının gözü qarşısında baş vermirdi? Bəyəm bu hadisələrə qədər İsmayıllıda “Çıraq” otelində eyş işrətlər, kücələrində bu qudurğan məmur balalarının avtoxuliqanlıqları yaddan çıxıb? Bunların hamısı İsmayıllı əhalisinin yadındadır.
O dediyiniz əhvalar isə artıq səbr kasasının son damçısı idi. Əhalini ayağa qaldırdı. Camaatın ağır durumda olduğunu, iş yerlərinin olmadığını, rayonun mütləq dotasiya ilə dolandığını deysən kimlərsə yadından çıxardıb!!
Bəli Mirdamət Sadıqov gəlib camatı inadırdı. Sakitləşdirdi və işə başladı. Əsl işə. Bu tərif deyil, bu həqiqətdir. Onun İsmayıllılar üçün etdiklərini qaralamaq ən azından vicdansızlıq olardı. Rayonun tanınmış ağsaqqallarından olan bu şəxsə rayon camaat inandı və o camatın inamını doğrultdu.
Bunu biz İsmayıllılar görürük.Hər gün, hər saat.Haqqı demək nə zamandan tərif etmək olub cənablar?
İsamyıllının "yağlı tikə" olduğunu görən mafioz dairələr yenə hücuma keçiblər.Əllərindən hələlik ancaq bəzi mətbuu orqanlarda şər böhtan yazmaq gəlir.
Onların yazdıqları İsmayıllı camatında ancaq acı gülüş doğurur.
Axı 100-lərlə tələbə yetişdirmiş professoru, ağsaqqal bir ziyalını, respublikadan qıraqlardada tanınan iqtisadçını başqa bir şey tapmayıb hansısa amorf işlərdə günahlandırmaq həqiqətyən gülüncdür.
Bəli qırğının qarşısını alıb. Fakt budur. Bəlkədə başqası başqa cür edərdi, amma fakt odur ki, bu adam xalqın arasında olan hörmətindən istifadə edib o qarışıqlıqları yatırtdı.Biz İsmayıllılar şahidik buna.
Bəli bu gün İsmayıllı camatıı yaxşı yaşayır. İş var, qanunlar işləyir, heç özbaşınalıq edə bilmir. Hər həftə başçı kəndlərin birində xalqla görüşür və onların şikayətlərini, istəklərini, arzularını dinləyir. İmkanları dairəsində hamıya əl tutur.
Bu gün İsmayıllı dövlət xəzinəsinə xeyir verən bir rayondur. Dünən qədər dotasiya ilə dolanan rayon bu gün dövlətinin qüdrətlənməyi üçün xəzinəyə öz payını verir. Bu gün İsmayıllıda açılan iş yerləri kimlərinsə gözünü deşir deyəsən. Xalqın firavanlığı və ən əsası gələcəyə hesablanmış İsmayıllının türizm potensialını görən bəzi adamlr, bu potensialı ələ keçiirdmək üçün onların qarşısında keçilməz sədd olasn Mirdamət Sadıxovu şərləmək kompaniyasına start veriblər.
Bəli bu gün İsmayıllı camatıı yaxşı yaşayır. İş var, qanunlar işləyir. Hər həftə başçı kəndlərin birində xalqla görüşür və onların şikayətlərini, istəklərini, arzularını dinləyir. İmkanları dairəsində hamıya əl tutur.
Lakin inanırıq ki, dövlət öz kadrlarının qədrini və qiymətini bilir. B iz İsmayıllı camatı bvaşçının etdiklərini təqdir edirik.
Şər atmaq kompaniyasının isə arxasında dayananlar öz arzularına çatmayacağına əminik!
Biz dövlətimizə və prezidentimizə arxayınıq!
O bizi İsmayıllı camatını, İsmayıllı camatının yaşayışının bu günkü günün memarı olan ağsaqqal Mirdamət Sadıqovu "şər qüvvələr"-dən qoruyacaq!
Bir qrup İsmayıllı ziyalısı
128 imza
P.S Teref.az olaraq bildirmək sitəyiriuk ki, həqiqətən bu gün İsmayıllı Azərbaycanın mükəmməl idarəetmə sayəsində irəli sıçrayış etmiş rayonlarından biri, bəlkədə birincisidir. Rayona səfərlərimiz zamanı əhali ilə görüşlərimizdə Mirdamət Sadqovun icra başçısı təyin olunmasının uğurlu təyinat olduğunun şahidi olmuşuq. Bu gün bu rayonu dincəlmək üçün seçənlər həqiqətəndə ciblərinə uyğun istirahət yerləri olduğunun şahidi olurlar.
Artıq gözəl və malayim təbiəti, uçuz və əlçatan servisi ilə İsmayıllı turistlərində sevimli güşəsinə çevrilib. Şəhər abadlaşıb, gözəlləşib. Əvvəlki illərdən fərqli olaraq insanların üzündə təbəssüm görmək olur. Həmdə vəziyyəti öyrənmək üçün heçdə uzağa gedmək, kimləri isə axtarmaq lazım deyil, sadəcə xalqın arasında gəzib onları dinləmək bəs edir. Xalq isə həm başçısan, həmdə idarəetmədən razıdır!Əsasda budur!
Əlbətdıə bütün bunlarda rayon İcra Hakimiyyətinin böyük zəhməti var!Bunu danmaq və ya gözardına almaq ancaq və ancaq abdallıq olardı.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.