Baş nazir sosial müdafiə ilə bağlı qərarlara dəyişiklik etdi

13-07-2019, 09:24           
Baş nazir sosial müdafiə ilə bağlı qərarlara dəyişiklik etdi
aş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin sosial müdafiə ilə bağlı bir sıra qərarlarına dəyişiklik edib.

Teref.az xəbər verir ki, “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”nda edilən dəyişikliyə görə, 3.4-cü və 3.5-ci bəndlərə ismin müvafiq hallarında “şəhər, rayon məşğulluq mərkəzləri” sözlərindən sonra ismin müvafiq hallarında “və ya “DOST” mərkəzləri” sözləri əlavə edilir.

Analoği əlaavə 3.1-ci bənd üzrə: 1.2.1. birinci cümləyə, 3.2-ci və 3.3-cü bəndlərə və daha bir neçə bəndlərə edilib.

“DOST” mərkəzləri ilə bağlı yenilik NK-nin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”na, “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”nın, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nın, “Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası”nın və “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”nın da müvafik maddələrinə əlavə edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.