Dünyada ard-arda dəhşətli zəlzələlər baş verir - Azərbaycanı təhlükə gözləyirmi?

15-07-2019, 14:54           
Dünyada ard-arda dəhşətli zəlzələlər baş verir - Azərbaycanı təhlükə gözləyirmi?
Son bir həftədə bir neçə ölkədə güclü zəlzələlər baş verib. Məsələn, Yaponiyada 6.8 bal, İndoneziyada 7.3 bal, Amerika Birləşmiş Ştatlarında isə 7.1 bal gücündə zəlzələ olub. Bu ABŞ-da son 20 ilin ən böyük zəlzələsi idi. Zəlzələ dalğası Azərbaycana yaxın olan ölkələrdən də yan keçməyib. Bu yaxınlarda İranda baş verən zəlzələnin 5.7 bal gücündə olduğu açıqlanıb. Bəs dünyada müşahidə olunan seysmik aktivliyin növbəti qurbanlarından biri Azərbaycan ola bilərmi?
Azərbaycan Seysmoloqlar Assosiasiyasının prezidenti Qurban Yetirmişli “Yeni Sabah”a deyib ki, Azərbaycanda tez-tez zəlzələlər olur, ancaq onların çoxu heç hiss edilmir:

“Elə bu gün, səhər saatlarında Azəbaycanın Qax rayonunda təkan olub. Düzdü, xırda təkanlar çox olur, amma hiss olunmur.Azərbaycanda da zəlzələlər olur, lakin o cür dəhşətli yəni, 6-7 bal gücündə olması ehtimalı yoxdur. Azərbaycanda zəlzələlər fon səviyyəsindədir, güclü aktivlik yoxdur.

Q.Yetirmişli vurğulayıb ki, Azərbaycan seysmik altiv zonadır, Alp-Himalay seysmik qurşağında yerləşir:

“Azərbaycanın ən seysmik bölgələri Xəzər, Şamaxı, İsmayıllı, Gəncə, Kiçik Qafqazda palıd zonası, eləcə də Naxçıvan zonasıdır”.

O, Azərbaycanda tarixən güclü zəlzələlərin baş verdiyini xatırladıb, lakin hazırda belə bir hadisənin baş verməsinin mümkün olmadığını deyib:

“Şamaxıda 6.9, Gəncə 9 bal və s. Yerlərdə güclü zəlzələlər qeydə alınıb. Ən güclü zəlzələ 1902- ci ildə Şamaxı da baş verib. Ondan əvvəl də güclü zəlzələlər olub, yaşayış məntəqələrini darmadağın edib. İndi isə dağıdıcı təkanların olması mümkün deyil, çünki qeydə alınan təkanlar fon səviyyəsindədir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.