Baş Nazir onların maaşlarında dəyişiklik etdi

16-07-2019, 07:55           
Baş Nazir onların maaşlarında dəyişiklik etdi
Baş Nazir Novruz Məmmədov Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının aylıq vəzifə maaşlarında dəyişiklik edib.
Teref.az xəbər verir ki, dəyişiklik “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanının 8.9-cu bəndinə əsasən edilib.

Qərarla Nazirlər Kabinetinin 2018-ci il 12 aprel tarixli 146-9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişikliklər təsdiq edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.